https://sputnik.az/20220422/zaxarova-azerbaycanla-ermenistan-arasinda-sulh-muqavilesine-tohfe-vermek-ezminindeyik-441316578.html
Zaxarova Minsk Qrupu, sülh müqaviləsi, Vaşinqtonla Brüsselin oyunları barədə
Zaxarova Minsk Qrupu, sülh müqaviləsi, Vaşinqtonla Brüsselin oyunları barədə
Sputnik Azərbaycan
Rusiya tərəfi bir daha ATƏT-in Minsk Qrupunun timsalında "ölü"nü diriltmək istəyənlərə tutarlı cavab verib. 22.04.2022, Sputnik Azərbaycan
2022-04-22T08:32+0400
2022-04-22T08:32+0400
2022-04-22T12:16+0400
rusiya
qarabağ
atət-in minsk qrupu
mariya zaxarova
abş
fransa
həmsədrlər
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193480_0:0:3072:1728_1920x0_80_0_0_9dec39300782ceab2b25eb6c376aa4e7.jpg
BAKI, 22 aprel - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ və Fransa Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun işini bərpa etməyə hazır olduqları barədə siqnallar göndərməyib. "Bizə belə siqnallar daxil olmayıb. Biz onları (siqnalları) gözləmirik də", - nazirliyin saytında yerləşdirilən məlumatda deyilir. Onun sözlərinə görə, Vaşinqton və Paris Rusiyanın iştirakı ilə əməkdaşlıqdan imtina edərək ATƏT-in Minsk qrupunun üç həmsədrinin "vaxtilə yaxşı əlaqələndirilmiş işini" faktiki olaraq iflic ediblər. O, ABŞ və Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması mövzusu ətrafında fəallığının təsadüfi olmadığını vurğulayıb.“Brüsselin ən yüksək səviyyədə məlum Rusiya-Azərbaycan-Ermənistan sazişlərinin (Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası, nəqliyyat kommunikasiyalarının bərpası) mövzusunu və ötən il ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən (aktual humanitar problemlərin həlli, Bakı və Yerevan arasında sülh müqaviləsinin hazırlanması) təklif edilən gündəliyi mənimsəmək üçün həyasız cəhdlərinin təsadüfi olmadığı kimi", - Zaxarova deyib. O, həmçinin Moskvanın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının ardıcıl şəkildə həyata keçirilməsinə sadiqliyini təsdiqləyib."Eyni zamanda, biz tarixən dostluq, müttəfiqlik və tərəfdaşlıq telləri ilə bağlı olduğumuz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına hər cür töhfə vermək əzminindəyik", - Zaxarova əlavə edib. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Fransa və ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin “üçlüy”ü çərçivəsində Rusiya Federasiyası ilə əməkdaşlıqdan imtina ediblər. Zaxarova isə aprelin 14-də bəyan edib ki, Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi kimi yeni vəzifəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım etmək üçün fəaliyyətini davam etdirəcək. Moskva onun işində Bakı və Yerevanın dəstəyinə ümid edir.ATƏT-in Minsk QrupuQrupun tarixi ATƏM-in (indiki ATƏT) Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Belə ki, həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilib. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edib. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər. ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyb.Vətən Müharibəsi2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başlayıb. Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizlənib. Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.Azərbaycan Prezidenti İlham Əliyev Minsk Qrupunun fəaliyyəti və ləğvi barədəAzərbaycan lideri dəfələrlə Minsk Qrupunun artıq keçmişdə qaldığını bildirib. "Onlar (ATƏT-in Minsk Qrupu) Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar", - deyə İlham Əliyev 2022-ci il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193480_341:0:3072:2048_1920x0_80_0_0_b3361eef9f8a7d827c3f5b1337429824.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, atət-in minsk qrupu, mariya zaxarova, abş, fransa, həmsədrlər
rusiya, atət-in minsk qrupu, mariya zaxarova, abş, fransa, həmsədrlər
Zaxarova Minsk Qrupu, sülh müqaviləsi, Vaşinqtonla Brüsselin oyunları barədə
08:32 22.04.2022 (Yenilənib: 12:16 22.04.2022) Rusiya tərəfi bir daha ATƏT-in Minsk Qrupunun timsalında "ölü"nü diriltmək istəyənlərə tutarlı cavab verib.
BAKI, 22 aprel - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ABŞ və Fransa Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun işini bərpa etməyə hazır olduqları barədə siqnallar göndərməyib.
"Bizə belə siqnallar daxil olmayıb. Biz onları (siqnalları) gözləmirik də", - nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.
Onun sözlərinə görə, Vaşinqton və Paris Rusiyanın iştirakı ilə əməkdaşlıqdan imtina edərək ATƏT-in Minsk qrupunun üç həmsədrinin "vaxtilə yaxşı əlaqələndirilmiş işini" faktiki olaraq iflic ediblər. O, ABŞ və Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması mövzusu ətrafında fəallığının təsadüfi olmadığını vurğulayıb.
“Brüsselin ən yüksək səviyyədə məlum Rusiya-Azərbaycan-Ermənistan sazişlərinin (Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası, nəqliyyat kommunikasiyalarının bərpası) mövzusunu və ötən il ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən (aktual humanitar problemlərin həlli, Bakı və Yerevan arasında sülh müqaviləsinin hazırlanması) təklif edilən gündəliyi mənimsəmək üçün həyasız cəhdlərinin təsadüfi olmadığı kimi", - Zaxarova deyib.
O, həmçinin Moskvanın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının ardıcıl şəkildə həyata keçirilməsinə sadiqliyini təsdiqləyib.
"Eyni zamanda, biz tarixən dostluq, müttəfiqlik və tərəfdaşlıq telləri ilə bağlı olduğumuz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına hər cür töhfə vermək əzminindəyik", - Zaxarova əlavə edib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Fransa və ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin “üçlüy”ü çərçivəsində Rusiya Federasiyası ilə əməkdaşlıqdan imtina ediblər.
Zaxarova isə aprelin 14-də bəyan edib ki, Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi kimi yeni vəzifəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım etmək üçün fəaliyyətini davam etdirəcək. Moskva onun işində Bakı və Yerevanın dəstəyinə ümid edir.
Qrupun tarixi ATƏM-in (indiki ATƏT) Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Belə ki, həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.
1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilib. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995-1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edib. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq ediblər. ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyb.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başlayıb.
Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizlənib.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.
Azərbaycan Prezidenti İlham Əliyev Minsk Qrupunun fəaliyyəti və ləğvi barədə
Azərbaycan lideri dəfələrlə Minsk Qrupunun artıq keçmişdə qaldığını bildirib.
"Onlar (ATƏT-in Minsk Qrupu) Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar", - deyə İlham Əliyev 2022-ci il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.