https://sputnik.az/20220425/cenubi-qafqaz-uzre-cenevre-muzakirelerine-fasile-verilib-441402135.html
Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinə fasilə verilib
Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinə fasilə verilib
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin diplomatı bildirib ki, martın sonunda 56-cı raundunun keçirilməsi planlaşdırılan müzakirələr qeyri-müəyyən müddətə təxirə... 25.04.2022, Sputnik Azərbaycan
2022-04-25T13:13+0400
2022-04-25T13:13+0400
2022-04-25T13:41+0400
cenevrə
siyasət
atət
cənubi qafqaz
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0e/427206735_0:160:3073:1888_1920x0_80_0_0_987dbdcd3e8c304312c7be792812aba3.jpg
BAKI, 25 aprel — Sputnik. Mart ayında yeni raundu keçirilməli olan Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinə BMT, Avropa İttifaqı və ATƏT-in təşəbbüsü ilə fasilə verilib.Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib."Cenevrə müzakirələrinə gəlincə, bu formatda iş dayandırılıb. Bu, bizim seçimimiz deyil, bu işdə təşəbbüs həmsədrlərin (BMT, Aİ və ATƏT) "üçlüyünə" məxsusdur. Martın sonunda 56-cı raundunun keçirilməsi planlaşdırılan müzakirələr onların qərarı ilə qeyri-müəyyən müddətə təxirə salınıb", - deyə rusiyalı diplomat vurğulayıb.Onun sözlərinə görə, müzakirələrin bu iştirakçıları faktiki olaraq ən mühüm danışıqlar formatını "girov götürüblər", hansı ki, həmin danışıqlar sayəsində regionda təhlükəsizlik və sabitliyin qəbul olunan səviyyədə saxlanılması mümkün olub:"Ona görə də, onlar danışıqların pozulmasına görə tam məsuliyyət daşıyırlar. Həmçinin Avropa İttifaqı və İsveçrənin Rusiyaya qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərlə bağlı yaranan logistik çətinliklər də var. Avropa İttifaqı Cenevrə müzakirələrinin həmsədrlərindən biridir, İsveçrə isə öz ərazisində bu formata ev sahibliyi edən ölkədir".Diplomat əlavə edib ki, Qərb "tərəfdaşlarının" qeyri-dost və siyasiləşmiş addımları Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işinə kömək etmir və bu, regionda qeyri-müəyyənliyə gətirib çıxara bilər.Qeyd edək ki, Gürcüstan, Cənubi Osetiya və Abxaziya arasında münasibətlərə dair Cenevrə müzakirələri 2008-ci ildən aparılır. Müzakirələrin həmsədrləri Rusiya və ABŞ-ın iştirakı ilə BMT, Aİ və ATƏT-dir. Müzakirələr həm də diplomatik münasibətlərin olmadığı Rusiya ilə Gürcüstan arasında dialoq platforması rollarından biri kimi çıxış edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220415/cenubi-qafqaz-ugrunda-geden-mubarize-xususi-numayende-ve-komek-teklifleri-441149241.html
cenevrə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0e/427206735_170:0:2901:2048_1920x0_80_0_0_19402be89c0a680840949c505d532d82.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cenevrə, atət, cənubi qafqaz
cenevrə, atət, cənubi qafqaz
Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinə fasilə verilib
13:13 25.04.2022 (Yenilənib: 13:41 25.04.2022) Rusiya Xarici İşlər Nazirliyinin diplomatı bildirib ki, martın sonunda 56-cı raundunun keçirilməsi planlaşdırılan müzakirələr qeyri-müəyyən müddətə təxirə salınıb.
BAKI, 25 aprel — Sputnik. Mart ayında yeni raundu keçirilməli olan Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinə BMT, Avropa İttifaqı və ATƏT-in təşəbbüsü ilə fasilə verilib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.
"Cenevrə müzakirələrinə gəlincə, bu formatda iş dayandırılıb. Bu, bizim seçimimiz deyil, bu işdə təşəbbüs həmsədrlərin (BMT, Aİ və ATƏT) "üçlüyünə" məxsusdur. Martın sonunda 56-cı raundunun keçirilməsi planlaşdırılan müzakirələr onların qərarı ilə qeyri-müəyyən müddətə təxirə salınıb", - deyə rusiyalı diplomat vurğulayıb.
Onun sözlərinə görə, müzakirələrin bu iştirakçıları faktiki olaraq ən mühüm danışıqlar formatını "girov götürüblər", hansı ki, həmin danışıqlar sayəsində regionda təhlükəsizlik və sabitliyin qəbul olunan səviyyədə saxlanılması mümkün olub:
"Ona görə də, onlar danışıqların pozulmasına görə tam məsuliyyət daşıyırlar. Həmçinin Avropa İttifaqı və İsveçrənin Rusiyaya qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərlə bağlı yaranan logistik çətinliklər də var. Avropa İttifaqı Cenevrə müzakirələrinin həmsədrlərindən biridir, İsveçrə isə öz ərazisində bu formata ev sahibliyi edən ölkədir".
Diplomat əlavə edib ki, Qərb "tərəfdaşlarının" qeyri-dost və siyasiləşmiş addımları Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işinə kömək etmir və bu, regionda qeyri-müəyyənliyə gətirib çıxara bilər.
Qeyd edək ki, Gürcüstan, Cənubi Osetiya və Abxaziya arasında münasibətlərə dair Cenevrə müzakirələri 2008-ci ildən aparılır. Müzakirələrin həmsədrləri Rusiya və ABŞ-ın iştirakı ilə BMT, Aİ və ATƏT-dir. Müzakirələr həm də diplomatik münasibətlərin olmadığı Rusiya ilə Gürcüstan arasında dialoq platforması rollarından biri kimi çıxış edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.