https://sputnik.az/20220425/33-platformasinin-ikinci-gorusune-hazirliq-gedir-441409224.html
"3+3" platformasının ikinci görüşünə hazırlıq gedir
"3+3" platformasının ikinci görüşünə hazırlıq gedir
Sputnik Azərbaycan
Rusiya XİN-in diplomatı deyib ki, bu cür əməkdaşlıq Gürcüstanın maraqlarına tam uyğundur və onun üçün qapılar açıq qalır. 25.04.2022, Sputnik Azərbaycan
2022-04-25T14:40+0400
2022-04-25T14:40+0400
2022-04-25T14:56+0400
azərbaycan
azərbaycan xəbərləri
cənubi qafqaz
mdb ölkələri
https://cdnn1.img.sputnik.az/img/42287/15/422871514_0:0:3077:1731_1920x0_80_0_0_e8ff9c969a45fa986c6a17c676b1527a.jpg
BAKI, 25 aprel — Sputnik. Cənubi Qafqaz üzrə "3+3" platformasının ikinci görüşünə hazırlıq gedir və tərəflərin razılığı ilə Gürcüstan üçün qapılar açıqdır. Bunu Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.Rusiya, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədrliyi ilə "3+3" regional məsləhətçi platformasının ilk iclası 2021-ci ilin dekabrında Moskvada keçirilib. Bundan əvvəl Gürcüstan Xarici İşlər Nazirliyi Tbilisinin regional məsləhətləşmə mexanizmində iştirakdan imtina etdiyini təsdiqləyib."Hazırda "3+3" Məşvərətçi Regional Platformasının ikinci iclasına hazırlıq gedir. Tədbirin keçirilmə yeri və vaxtı açıqlanacaq", - Qonçar bildirib."Mən əminəm ki, "3+3"ün iclasında müzakirə edilmək üçün təyin olunmuş gündəm Gürcüstanın maraqlarına tam uyğundur və bunun üçün qapılar - bütün iştirakçı ölkələrin ümumi razılığı ilə - açıq qalır. Moskva Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında əməkdaşlığı inkişaf etdirmək üçün "3+3"dən fəal istifadə etməyi düzgün hesab edir", - deyə diplomat vurğulayıb.Qonçar əlavə edib ki, bu cür əməkdaşlıq məsələlərin kollektiv şəkildə nəzərdən keçirilməsini nəzərdə tutur, siyasi ziddiyyətləri kəskinləşdirmir, əksinə, qarşılıqlı etimadın artmasına töhfə verir.Onun sözlərinə görə, prioritet istiqamətlər ticarət, energetika, sənaye, innovativ texnologiyalar, infrastrukturun modernləşdirilməsi sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220415/cenubi-qafqaz-ugrunda-geden-mubarize-xususi-numayende-ve-komek-teklifleri-441149241.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42287/15/422871514_0:0:2729:2047_1920x0_80_0_0_3a61489c7841a231ad6fbe6831ac14a3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, cənubi qafqaz, mdb ölkələri
azərbaycan, cənubi qafqaz, mdb ölkələri
"3+3" platformasının ikinci görüşünə hazırlıq gedir
14:40 25.04.2022 (Yenilənib: 14:56 25.04.2022) Rusiya XİN-in diplomatı deyib ki, bu cür əməkdaşlıq Gürcüstanın maraqlarına tam uyğundur və onun üçün qapılar açıq qalır.
BAKI, 25 aprel — Sputnik. Cənubi Qafqaz üzrə "3+3" platformasının ikinci görüşünə hazırlıq gedir və tərəflərin razılığı ilə Gürcüstan üçün qapılar açıqdır. Bunu Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
Rusiya, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədrliyi ilə "3+3" regional məsləhətçi platformasının ilk iclası 2021-ci ilin dekabrında Moskvada keçirilib. Bundan əvvəl Gürcüstan Xarici İşlər Nazirliyi Tbilisinin regional məsləhətləşmə mexanizmində iştirakdan imtina etdiyini təsdiqləyib.
"Hazırda "3+3" Məşvərətçi Regional Platformasının ikinci iclasına hazırlıq gedir. Tədbirin keçirilmə yeri və vaxtı açıqlanacaq", - Qonçar bildirib.
"Mən əminəm ki, "3+3"ün iclasında müzakirə edilmək üçün təyin olunmuş gündəm Gürcüstanın maraqlarına tam uyğundur və bunun üçün qapılar - bütün iştirakçı ölkələrin ümumi razılığı ilə - açıq qalır. Moskva Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında əməkdaşlığı inkişaf etdirmək üçün "3+3"dən fəal istifadə etməyi düzgün hesab edir", - deyə diplomat vurğulayıb.
Qonçar əlavə edib ki, bu cür əməkdaşlıq məsələlərin kollektiv şəkildə nəzərdən keçirilməsini nəzərdə tutur, siyasi ziddiyyətləri kəskinləşdirmir, əksinə, qarşılıqlı etimadın artmasına töhfə verir.
Onun sözlərinə görə, prioritet istiqamətlər ticarət, energetika, sənaye, innovativ texnologiyalar, infrastrukturun modernləşdirilməsi sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.