Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şəhriyar Məmmədyarov kanadalı həmkarı ilə üz-üzə gələcək

© Sputnik / Murad OrujovŞəhriyar Məmmədyarov
Şəhriyar Məmmədyarov - Sputnik Azərbaycan, 1920, 24.04.2022
Abunə olmaq
Azərbaycanlı qrossmeyster norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirəcək.
BAKI, 24 aprel — Sputnik. Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirəcək.
Otuz yeddi yaşlı qrossmeyster "Oslo Esports Cup"ın üçüncü turunda kanadalı Erik Hansenlə üz-üzə gələcək.
Məmmədyarov ilk iki turda çinli Le Kuanq Lyeyə qalib gəlib, Hindistan təmsilçisi Rameşbabu Praqnanandhaya isə uduzub.
"Oslo Esports Cup" da Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland) və Yan-Kşiştof Duda (Polşa) da iştirak edir.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
Azərbaycan şahmat qrossmeysteri dünyada 20 yaşadək şahmatçılar arasında ikiqat Dünya çempionu tituluna sahib olan yeganə kişi şahmatçıdır.
2017-ci ilin may ayında dünya şahmat tarixində 2800 Elo reytinq balını keçmiş 13-cü şahmatçı olub. Şəhriyar Məmmədyarov bu uğura imza atmış ilk müsəlman idmançı kimi də tarixə düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Şəhriyar Məmmədyarov - Sputnik Azərbaycan, 1920, 30.01.2022
İDMAN
Şəhriyar dünya reytinqində ilk dördlüyün astanasındadır
Xəbər lenti
0