Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Gimnastlarımız qrup hərəkətlərində fəxri kürsünün ən yüksək pilləsində

© Murad OrujovAzərbaycan gimnastları
Azərbaycan gimnastları - Sputnik Azərbaycan, 1920, 24.04.2022
Abunə olmaq
Azərbaycan 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib. Hazırkı turnir ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kubokudur.
BAKI, 24 aprel - Sputnik. Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışları çərçivəsində qrup hərəkətləri üzrə Azərbaycan komandası 5 halqa ilə proqramda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu barədə AZƏRTAC xəbər verir.
Komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan və Daria Sorokinanın final çıxışı hakimlərdən 32.850 xal alaraq birinci yeri tutub.
İtaliya komandası 32,450 xalla gümüş, İsrail gimnastları isə 32,050 xalla üçüncü olublar.
Ötən gün qrup hərəkətləri komandamız çoxnövçülük yarışlarında gümüş medal qazanıb.
Bu, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışdır. Yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla, 126 gimnast iştirak edir.
Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Qeyd edək ki, hazırkı turnir ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan doqquzuncu dünya kuboku yarışıdır. Paytaxtımız həmçinin 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0