CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birinci vitse-prezident pravoslav xristian icmasına təbrik ünvanlayıb

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva
Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan, 1920, 24.04.2022
Abunə olmaq
Mehriban Əliyeva Xristianların müqəddəs Pasxa bayramı münasibəti ilə Azərbaycanda yaşayan xristian dininə mənsub olan vətəndaşları təbrik edib.
BAKI, 24 aprel — Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bir Azərbaycan vətəndaşının həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Uca Tanrı bu mübarək bayram günlərində edilən bütün duaları qəbul etsin!".
Qeyd edək ki, bu gün bütün dünyada pravoslav xristianlar əsas dini bayramlarından birini - Pasxa bayramını qeyd edirlər. Bakıda Müqəddəs Sülhsevər Qadınlar kafedral kilsəsində bayram mərasimi keçirilib.
Pasxa xristianların ən vacib və sevincli bayramlarından biridir - İsa Məsihin dirilməsi günüdür. Bu hadisə xristian dininin əsasını və mahiyyətini təşkil edir.
Bu gün insanlar həm ölüm üzərində qələbəni, həm də dünyanın və ruhun yenilənməsini qeyd edirlər. Yenidən doğulmağı, yeniləşməni və mərhəmət hisslərini təcəssüm etdirən Pasxa insanların qəlbində gələcəyə inam və ümid hissi oyadır, onları xeyirxahlığa səsləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qaxda yaşayan gürcülər Pasxanı qeyd edir - Sputnik Azərbaycan, 1920, 24.04.2022
CƏMİYYƏT
Qaxda yaşayan gürcülər Pasxanı qeyd edir
Xəbər lenti
0