Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kürdəmirdə ağır yol qəzasında ər-arvad ölüb

© Photo : REPORTKürdəmirdə ağır yol qəzası
Kürdəmirdə ağır yol qəzası - Sputnik Azərbaycan, 1920, 23.04.2022
Abunə olmaq
Kürdəmirdə baş verən ağır yol qəzasında ölənlərin kimliyi bəlli olub.
BAKI, 23 aprel - Sputnik. Kürdəmir rayonunda ağır yol qəzası baş verib, ölənlər var.
Report xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 204-cü km-də, Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə sürücü, Bakı şəhər sakini 1961-ci təvəllüdlü Qafarov Pərviz Sərvaz oğlu və sərnişin, onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Qafarova Afət Cavad qızı hadisə yerində dünyasını dəyişib.
Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qəzanın baş verdiyi ərazi - Sputnik Azərbaycan, 1920, 29.03.2022
HADİSƏ
Yol polisi dəhşətli qəza ilə bağlı açıqlama yaydı: ölənlər var
Xəbər lenti
0