Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bazar gününə olan hava proqnozu açıqlanıb

© Sputnik / Ilham MustafayevÇaykənd kəndində duman
Çaykənd kəndində duman - Sputnik Azərbaycan, 1920, 23.04.2022
Abunə olmaq
Həftə sonu üçün hava şəraiti dəyişkən buludlu olacağ.
BAKI, 23 aprel — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-20° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65% olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var.
Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 24-29° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıya mənzərə - Sputnik Azərbaycan, 1920, 22.04.2022
CƏMİYYƏT
Şənbə günü hava necə olacaq
Xəbər lenti
0