CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şənbə günü hava necə olacaq

© Sputnik / Murad OrujovBakıya mənzərə
Bakıya mənzərə - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Abunə olmaq
Həftə sonu bölgələrdə və paytaxda hava əsasən yağmursuz olacaq. Bəzi dağlıq ərazilərdə az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq
BAKI, 22 aprel — Sputnik. Aprelin 23-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 10-12° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.
Bu gün isə Bakıda və Abşeron yarımadasında 15-20 m/s sürətlə əsən şimal-qərb küləyi axşam zəifləyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0