Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkət qismən məhdudlaşdırılacaq

© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçidYolda təmir aparılır nişanı
Yolda təmir aparılır nişanı - Sputnik Azərbaycan, 1920, 23.04.2022
Abunə olmaq
Azərbaycanın əsas maqistrallarından birində yol hərəkəti məhdudlaşdırılacaq.
BAKI, 23 aprel — Sputnik. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-cü kilometrində yerüstü piyada keçidinin üst konstruksiyasının quraşdırılması ilə əlaqədar 24 aprel tarixində saat 05:00-dan 06:00-dək yolun qeyd edilən hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.
Bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən saatlarda sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - AAYDA qeyd edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Заместитель премьер-министра Азербайджана Шахин Мустафаев - Sputnik Azərbaycan, 1920, 11.03.2022
İQTİSADİYYAT
Naxçıvana 2 avtomobil yolu tikiləcək - Baş nazirin müavini
Xəbər lenti
0