Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Naxçıvana 2 avtomobil yolu tikiləcək - Baş nazirin müavini

© Sputnik / Murad OrujovЗаместитель премьер-министра Азербайджана Шахин Мустафаев
Заместитель премьер-министра Азербайджана Шахин Мустафаев - Sputnik Azərbaycan, 1920, 11.03.2022
Abunə olmaq
Ş.Mustafayev əlavə edib ki, iki ölkə arasında yeni dəmir yolu xəttinin tikintisi ilə bağlı 3 ay ərzində İşçi Qrup yaradılacaq.
BAKI, 11 mart - Sputnik. Şərqi Zəngəzurdan İran ərazisindən keçməklə Naxçıvana 2 avtomobil yolu tikiləcək. Bunu Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında Komissiyanın həmsədri, Baş nazirin müavini Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, həmin yollar istifadəyə verildikdən sonra ölkənin əsas hissəsindən muxtar respublikaya yol qısalacaq.
“Bu gün nəqliyyat sektorunda çox vacib Anlaşma Memorandumu imzaladıq. Söhbət yeni kommunikasiyaların yaradılmasından gedir”, - deyə o, qeyd edib.
Ş.Mustafayev əlavə edib ki, iki ölkə arasında yeni dəmir yolu xəttinin tikintisi ilə bağlı 3 ay ərzində İşçi Qrup yaradılacaq. Bu İşçi Qrup dəmir yolu xətti ilə bağlı təkliflərini təqdim edəcək”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Naxçıvan şəhəri - Sputnik Azərbaycan, 1920, 10.03.2022
İQTİSADİYYAT
Azərbaycanla İran arasında sənəd imzalanacaq-Naxçıvana getmək üçün
Xəbər lenti
0