https://sputnik.az/20220423/azerbaycanda-issizlik-seviyyesi---detallar-441337750.html
Azərbaycanda işsizlik səviyyəsi - DETALLAR
Azərbaycanda işsizlik səviyyəsi - DETALLAR
Sputnik Azərbaycan
Ölkədə işsizlik səviyyəsi rəsmi statistikaya görə, azalmaya doğru gedir. Deputat işsizlərin rəsmi sayı ilə real sayı arasında fərq olduğunu söyləyir. 23.04.2022, Sputnik Azərbaycan
2022-04-23T10:01+0400
2022-04-23T10:01+0400
2022-04-23T10:01+0400
işsizlik
iqtisadiyyat
azərbaycan
hesablama palatası
deputat
https://cdnn1.img.sputnik.az/img/41227/77/412277729_0:0:1920:1080_1920x0_80_0_0_7b1d84da45a39428f71434d63934ca30.jpg
BAKI, 23 aprel — Sputnik. Azərbaycanda işsizliyin səviyyəsi yenidən azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin martında ölkədə fəal əhalinin sayı 5 milyon 307,1 min nəfər olub, onlardan 4 milyon 991,7 min nəfərini məşğul əhali təşkil edib. Mart ayında Azərbaycanda işsizlik səviyyəsi 5,94% təşkil edib. Fevralda isə bu rəqəm 5,95% idi.Azərbaycanda işsizlərin sayı martda 315,4 min nəfər, fevralda 315,7 min nəfər, yanvarda 315,8 min nəfər olub. Beləliklə, ölkədə işsizlik səviyyəsi azalmağa doğru gedir.Ölkədə işsizlik səviyyəsi 2021-ci il fevralın 1-də 7,15% səviyyəsinə qədər qalxsa da, sonrakı aylarda azalaraq 6%-in aşağısına düşüb. Ötən ilin sonuna Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəlki göstəricilərini bərpa edib, işsizlik səviyyəsi 7,2 faizdən 6 faizə enib.Deputat: İşsizlərin rəsmi sayı ilə real sayı arasında böyük fərq varQeyd edək ki, aprelin 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.Müzakirələr zamanı millət vəkili Əli Məsimli bildirib ki, pandemiya zamanı işsizlərin rəsmi sayı ilə real sayı arasında böyük fərqin olduğu məlum olub. Bu fakt hesabatda da qeyd edilib. İşsizliklə bağlı statistika çox ciddi məsələdir. Saxta işsizlik statistikasının həllini tapaq.Deputat Tahir Kərimli bildirib ki, işsizliklə bağlı problem mövcuddur. Bunun bir səbəbi də statistikanın düzgün olmamasıdır. Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır. Hesablama Palatasına bu məsələlərə də nəzarət etmək səlahiyyəti verilməlidir.Komitə sədri Tahir Mirkişili isə qeyd edib ki, işsizliklə bağlı müəyyən problemlərin olması, məşğulluqla bağlı qarşımızda yeni çağırışların dayanması fikri ilə razıdır:“Amma mən bu sahədə Azərbaycanın geri getdiyi fikri ilə razı deyiləm. Bu sahədə çox iş görülür”.Əvvəllər işsiz kimi qeydiyyata alınmada mövcud olan maneələr aradan qaldırılıbHesablama Palatasının hesabatında deyilir ki, 2018-ci ildə ölkə üzrə işsiz kimi qeydiyyata alınmış şəxslərin sayı 1985 nəfər olub, 2019-cu ildə isə bu göstərici 72,2 dəfə artaraq 143 min 397 nəfər təşkil edib. Bu da məşğulluq orqanlarında inzibatçılığın gücləndirilməsi kimi xarakterizə edilə bilər. İnzibatçılığın gücləndirilməsində məqsəd əvvəllər işsiz kimi qeydiyyata alınmada mövcud olan maneələrin aradan qaldırılması olub.2020-ci ilin aprel ayında ödəmə ilə təmin edilmiş şəxslərin sayının 2020-ci ilin əvvəlinə formalaşmış, işsiz kimi qeydiyyata alınmış şəxslərin sayına dair göstəricidən 518 min 727 nəfər (7,4 dəfə), may ayında isə 504 min 233 nəfər (7,2 dəfə) çox olması bu şəxslərin sonradan işsiz kimi qeydiyyata alındıqlarını əks etdirir.Sənədə əsasən, 2020-ci ildə birdəfəlik ödəmədən yararlanmış şəxslərin sayının işşiz kimi qeydiyyatda olmuş şəxslərin sayından çox olması onların əvvəlki dövrlərdə məşğulluq orqanlarına işsiz kimi qeydiyyata alınmaları üçün müraciət etmədiklərini göstərir.Xatırladaq ki, 2020-ci ildə işsizliyin artması pandemiyaya dair məhdudiyyətlərin tətbiqi ilə bağlı olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220223/olkede-issizlik-seviyyesi-alti-faize-enib-439485643.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41227/77/412277729_213:0:1920:1280_1920x0_80_0_0_bc2fe94da1774007abac29d26c7ac29f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
işsizlik, azərbaycan, hesablama palatası, deputat
işsizlik, azərbaycan, hesablama palatası, deputat
Azərbaycanda işsizlik səviyyəsi - DETALLAR
Ölkədə işsizlik səviyyəsi rəsmi statistikaya görə, azalmaya doğru gedir. Deputat işsizlərin rəsmi sayı ilə real sayı arasında fərq olduğunu söyləyir.
BAKI, 23 aprel — Sputnik. Azərbaycanda işsizliyin səviyyəsi yenidən azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin martında ölkədə fəal əhalinin sayı 5 milyon 307,1 min nəfər olub, onlardan 4 milyon 991,7 min nəfərini məşğul əhali təşkil edib. Mart ayında Azərbaycanda işsizlik səviyyəsi 5,94% təşkil edib. Fevralda isə bu rəqəm 5,95% idi.
Azərbaycanda işsizlərin sayı martda 315,4 min nəfər, fevralda 315,7 min nəfər, yanvarda 315,8 min nəfər olub. Beləliklə, ölkədə işsizlik səviyyəsi azalmağa doğru gedir.
Ölkədə işsizlik səviyyəsi 2021-ci il fevralın 1-də 7,15% səviyyəsinə qədər qalxsa da, sonrakı aylarda azalaraq 6%-in aşağısına düşüb. Ötən ilin sonuna Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəlki göstəricilərini bərpa edib, işsizlik səviyyəsi 7,2 faizdən 6 faizə enib.
Deputat: İşsizlərin rəsmi sayı ilə real sayı arasında böyük fərq var
Qeyd edək ki, aprelin 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı millət vəkili Əli Məsimli bildirib ki, pandemiya zamanı işsizlərin rəsmi sayı ilə real sayı arasında böyük fərqin olduğu məlum olub. Bu fakt hesabatda da qeyd edilib. İşsizliklə bağlı statistika çox ciddi məsələdir. Saxta işsizlik statistikasının həllini tapaq.
Deputat Tahir Kərimli bildirib ki, işsizliklə bağlı problem mövcuddur. Bunun bir səbəbi də statistikanın düzgün olmamasıdır. Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır. Hesablama Palatasına bu məsələlərə də nəzarət etmək səlahiyyəti verilməlidir.
Komitə sədri Tahir Mirkişili isə qeyd edib ki, işsizliklə bağlı müəyyən problemlərin olması, məşğulluqla bağlı qarşımızda yeni çağırışların dayanması fikri ilə razıdır:
“Amma mən bu sahədə Azərbaycanın geri getdiyi fikri ilə razı deyiləm. Bu sahədə çox iş görülür”.
Əvvəllər işsiz kimi qeydiyyata alınmada mövcud olan maneələr aradan qaldırılıb
Hesablama Palatasının hesabatında deyilir ki, 2018-ci ildə ölkə üzrə işsiz kimi qeydiyyata alınmış şəxslərin sayı 1985 nəfər olub, 2019-cu ildə isə bu göstərici 72,2 dəfə artaraq 143 min 397 nəfər təşkil edib. Bu da məşğulluq orqanlarında inzibatçılığın gücləndirilməsi kimi xarakterizə edilə bilər. İnzibatçılığın gücləndirilməsində məqsəd əvvəllər işsiz kimi qeydiyyata alınmada mövcud olan maneələrin aradan qaldırılması olub.
2020-ci ilin aprel ayında ödəmə ilə təmin edilmiş şəxslərin sayının 2020-ci ilin əvvəlinə formalaşmış, işsiz kimi qeydiyyata alınmış şəxslərin sayına dair göstəricidən 518 min 727 nəfər (7,4 dəfə), may ayında isə 504 min 233 nəfər (7,2 dəfə) çox olması bu şəxslərin sonradan işsiz kimi qeydiyyata alındıqlarını əks etdirir.
Sənədə əsasən, 2020-ci ildə birdəfəlik ödəmədən yararlanmış şəxslərin sayının işşiz kimi qeydiyyatda olmuş şəxslərin sayından çox olması onların əvvəlki dövrlərdə məşğulluq orqanlarına işsiz kimi qeydiyyata alınmaları üçün müraciət etmədiklərini göstərir.
Xatırladaq ki, 2020-ci ildə işsizliyin artması pandemiyaya dair məhdudiyyətlərin tətbiqi ilə bağlı olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.