DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Maliyyə Nazirliyi: Rusiya yanacağına embarqo xeyirdən çox zərər verəcək

© Sputnik / Aleksey Agaryishev / Mediabanka keçidABŞ Maliyyə Nazirliyinin binası
ABŞ Maliyyə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 23.04.2022
Abunə olmaq
Amerika Birləşmiş Ştatlarının əsas maliyyə idarəsinin rəhbəri həyəcan təbili çalıb.
BAKI, 23 aprel — Sputnik. ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiya yanacağının Qərb üçün rədd edilməsinin ağır nəticələrini açıqlayıb. Bu barədə The Hill yazır.
Departament rəhbərinin sözlərinə görə, neft, qaz və kömürə tam embarqo ilə Qərb ölkələrinin iqtisadiyyatına mənfi təsir Moskvaya vurduğu zərərdən çox ola bilər.
“Bu, açıq şəkildə dünya neft qiymətlərini yüksəldəcək, Avropaya və dünyanın digər hissələrinə dağıdıcı təsir göstərəcək və sağlam düşüncənin əksinə olaraq, əslində Rusiyaya çox cüzi mənfi təsir göstərə bilər, çünki Rusiya daha az ixrac etsə də, ixrac gəlirləri artacaq", - Yellen mətbuat konfransında bildirib.
Bundan əvvəl Avstriyanın maliyyə naziri Maqnus Brunner Rusiyadan yanacağın tədarükünə mümkün qadağadan danışıb. Onun sözlərinə görə, Avstriya Rusiya qazına qoyulan embarqonu dəstəkləməyəcək, çünki bu, Moskvadan daha çox onuna özünə problem gətirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin - Sputnik Azərbaycan, 1920, 20.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiyaya qarşı sanksiyalar qanunsuzdur - Volodin
Xəbər lenti
0