https://sputnik.az/20220420/rusiyaya-qarsi-sanksiyalar-qanunsuzdur---volodin-441257607.html
Rusiyaya qarşı sanksiyalar qanunsuzdur - Volodin
Rusiyaya qarşı sanksiyalar qanunsuzdur - Volodin
Sputnik Azərbaycan
Dövlət Dumasının sədri “Telegram” kanalında yazıb ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları qanunsuz hesab edir. 20.04.2022, Sputnik Azərbaycan
2022-04-20T14:07+0400
2022-04-20T14:07+0400
2022-04-20T14:07+0400
vyaçeslav volodin
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
dövlət duması
rusiya federasiyası dövlət duması
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438048098_0:0:3072:1728_1920x0_80_0_0_cd462913963493b292db2ecfa17aacb7.jpg
BAKI, 20 aprel — Sputnik. Rusiyaya qarşı sanksiyalar qanunsuzdur, Moskva onların Rusiya iqtisadiyyatına vurduğu zərəri nəzərə alacaq. Bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.O əlavə edib ki, Avropa ölkələri hər halda bunu kompensasiya etməli olacaqlar.Spiker öz “Telegram” kanalında qeyd edib ki, bir sıra Avropa ölkələri Rusiya qazını rublla alıb-almamaq barədə düşünür: "Kimsə Avropa İttifaqına istinad edir: əgər o, bunu sanksiyalardan yayınma hesab edirsə, biz ödəməyəcəyik, əksini desə, ödəyəcəyik"."Bununla bağlı Avropa ölkələri aşağıdakıları başa düşməlidir. Birincisi, Rusiyaya qarşı sanksiyalar qanunsuzdur. Biz bu mövzuya qayıdıb iqtisadiyyatımıza vurduğunuz zərəri nəzərdən keçirəcəyik. Onsuz da siz bunu kompensasiya etməli olacaqsınız. Necə və nə vaxt olacağı isə zaman məsələsidir", - Volodin yazıb.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220405/volodin-ukrayna-hakimiyyetinin-hereketlerinin-arxasinda-abs-dayanir-440838833.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438048098_341:0:3072:2048_1920x0_80_0_0_7dfcd7fe340ac14e1a63617afa1d7004.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vyaçeslav volodin, dövlət duması, rusiya federasiyası dövlət duması
vyaçeslav volodin, dövlət duması, rusiya federasiyası dövlət duması
Rusiyaya qarşı sanksiyalar qanunsuzdur - Volodin
Dövlət Dumasının sədri “Telegram” kanalında yazıb ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları qanunsuz hesab edir.
BAKI, 20 aprel — Sputnik. Rusiyaya qarşı sanksiyalar qanunsuzdur, Moskva onların Rusiya iqtisadiyyatına vurduğu zərəri nəzərə alacaq. Bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
O əlavə edib ki, Avropa ölkələri hər halda bunu kompensasiya etməli olacaqlar.
Spiker öz “Telegram” kanalında qeyd edib ki, bir sıra Avropa ölkələri Rusiya qazını rublla alıb-almamaq barədə düşünür: "Kimsə Avropa İttifaqına istinad edir: əgər o, bunu sanksiyalardan yayınma hesab edirsə, biz ödəməyəcəyik, əksini desə, ödəyəcəyik".
"Bununla bağlı Avropa ölkələri aşağıdakıları başa düşməlidir. Birincisi, Rusiyaya qarşı sanksiyalar qanunsuzdur. Biz bu mövzuya qayıdıb iqtisadiyyatımıza vurduğunuz zərəri nəzərdən keçirəcəyik. Onsuz da siz bunu kompensasiya etməli olacaqsınız. Necə və nə vaxt olacağı isə zaman məsələsidir", - Volodin yazıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.