https://sputnik.az/20220422/postmuharibe-dovrunde-azerbaycanin-sulh-olkesi-oldugunu-gostermeliyik---cavansir-quliyev-441350251.html
Postmüharibə dövründə Azərbaycanın sülh ölkəsi olduğunu göstərməliyik - Cavanşir Quliyev
Postmüharibə dövründə Azərbaycanın sülh ölkəsi olduğunu göstərməliyik - Cavanşir Quliyev
Sputnik Azərbaycan
Bəstəkarın fikrincə, zəfər hissinin sənətkarların beynində, qəlbində kök atması üçün müəyyən zaman keçməlidir. 22.04.2022, Sputnik Azərbaycan
2022-04-22T20:27+0400
2022-04-22T20:27+0400
2022-04-22T20:27+0400
cəmiyyət
bəstəkar
şuşa
qurultay
zəfər günü
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441350185_0:4:1001:567_1920x0_80_0_0_a0f4014cc402f3bf422169e7787b0b95.jpg
BAKI, 22 aprel - Sputnik. Dünya Azərbaycanlılarının V Qurultayı şanlı Qələbədən sonra çox önəmli vaxtda keçirildi. Vətən müharibəsindəki Qələbədən əvvəlki qurultaylar başqa mövzulara həsr edilirdi, amma indi artıq yeni mərhələ başlayıb.Bu sözləri Azərtac-a müsahibəsində Yaxın Doğu Universitetinin professoru, bəstəkar Cavanşir Quliyev deyib."Zəfərimizi dünyada qəbul etdirməliyik, çünki hələ də bir çox ölkələr, beynəlxalq təşkilatlar bizim Qələbəmizi qəbul etmək istəmirlər".Sənətkar bildirib ki, qurultay bu Qələbəni qəbul etdirmək yolunda görüləcək işlərin müəyyənləşdirilməsinə həsr olunub:"Burada bəzi ideyalar ortaya çıxdı, təkliflər edildi. Biz postmüharibə dövrdə Azərbaycanın Qələbəsini dünyaya qəbul etdirməli, sülh ölkəsi olduğumuzu göstərməliyik".“Şuşa mənim uşaqlığımın şəhəridir, çünki məktəbdə oxuyarkən burada ailəliklə tez-tez olurduq. Bu ərazilər yarış yerlərdir, bu dağlarda vaxtilə çox gəzmişəm. Zəfər hissi sənətkarların beynində, qəlbində müəyyən zaman keçməlidir ki, kök atsın, ideya yaransın. Bilirəm ki, bir çox tanıdığım sənətkarlar bu mövzu üzərində düşünürlər, işləyirlər. Mənim də bəzi planlarım var. Bir-iki əsər də artıq hazırdır, böyük əsərlər də olacaq”, - deyə Cavanşir Quliyev qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220422/biz-tek-ermenistanla-deyil-dunya-ermeniliyi-ve-himayedarlari-ile-muharibe-aparmisiq-441331139.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441350185_39:0:926:665_1920x0_80_0_0_466bdfede1ab2eef5f650ac6aa7f73bb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bəstəkar, şuşa, qurultay, zəfər günü
bəstəkar, şuşa, qurultay, zəfər günü
Postmüharibə dövründə Azərbaycanın sülh ölkəsi olduğunu göstərməliyik - Cavanşir Quliyev
Bəstəkarın fikrincə, zəfər hissinin sənətkarların beynində, qəlbində kök atması üçün müəyyən zaman keçməlidir.
BAKI, 22 aprel - Sputnik. Dünya Azərbaycanlılarının V Qurultayı şanlı Qələbədən sonra çox önəmli vaxtda keçirildi. Vətən müharibəsindəki Qələbədən əvvəlki qurultaylar başqa mövzulara həsr edilirdi, amma indi artıq yeni mərhələ başlayıb.
Bu sözləri Azərtac-a müsahibəsində Yaxın Doğu Universitetinin professoru, bəstəkar Cavanşir Quliyev deyib.
"Zəfərimizi dünyada qəbul etdirməliyik, çünki hələ də bir çox ölkələr, beynəlxalq təşkilatlar bizim Qələbəmizi qəbul etmək istəmirlər".
Sənətkar bildirib ki, qurultay bu Qələbəni qəbul etdirmək yolunda görüləcək işlərin müəyyənləşdirilməsinə həsr olunub:
"Burada bəzi ideyalar ortaya çıxdı, təkliflər edildi. Biz postmüharibə dövrdə Azərbaycanın Qələbəsini dünyaya qəbul etdirməli, sülh ölkəsi olduğumuzu göstərməliyik".
“Şuşa mənim uşaqlığımın şəhəridir, çünki məktəbdə oxuyarkən burada ailəliklə tez-tez olurduq. Bu ərazilər yarış yerlərdir, bu dağlarda vaxtilə çox gəzmişəm. Zəfər hissi sənətkarların beynində, qəlbində müəyyən zaman keçməlidir ki, kök atsın, ideya yaransın. Bilirəm ki, bir çox tanıdığım sənətkarlar bu mövzu üzərində düşünürlər, işləyirlər. Mənim də bəzi planlarım var. Bir-iki əsər də artıq hazırdır, böyük əsərlər də olacaq”, - deyə Cavanşir Quliyev qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.