https://sputnik.az/20220421/sagirdlerin-boyuk-nailiyyetleri-mediada-problemler-qeder-isiqlandirilmir---nazir-441296344.html
Heç şagirdlərin nailiyyətləri mediada problemlər qədər işıqlandırılmır - Nazir
Heç şagirdlərin nailiyyətləri mediada problemlər qədər işıqlandırılmır - Nazir
Sputnik Azərbaycan
Emin Əmrullayev medianın bu məsələləri işıqlandırarkən həssas yanaşmalı olduğunu qeyd edib. 21.04.2022, Sputnik Azərbaycan
2022-04-21T14:37+0400
2022-04-21T14:37+0400
2022-04-22T07:06+0400
təhsil
bıçaqlama
nazirlik
emin əmrullayev
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426031248_0:0:3071:1728_1920x0_80_0_0_af81dafd9118bc8ee8661d0259865c02.jpg
BAKI, 21 aprel — Sputnik. Təhsil naziri Emin Əmrullayev Gəncədə məktəbli qızlar arasında baş verən bıçaqlanma hadisəsinə münasibət bildirib.Nazir deyib ki, təhsil sistemi çox böyük olduğu üçün tez-tez bu tipli münaqişələrə, xoşagəlməz hallara rast gəlinir və yəqin ki, gələcəkdə də belə halların olması istisna deyil:"Düşünürəm ki, bu tipli xoşagəlməz hallar daha çox ümumtəhsil müəssisəsi səviyyəsində həll edilməlidir. Digər aidiyyəti dövlət qurumlarının da bu məsələyə cəlb olunmasına ehtiyac var. Konkret bu hal azyaşlılar tərəfindən baş verib. Azyaşlılarla xüsusilə tərbiyəçilər, psixoloqlar və aidiyyəti dövlət qurumlarının əməkdaşları, müvafiq şəxslər işləməlidir. Eyni zamanda ailələri də biz heç vaxt unutmamalıyıq. Bu tip halların olmaması arzusundayıq. Amma eyni zamanda başa düşürük ki, təəssüf ki, sayı bu qədər çox olan sistemdə şagird nadincliyindən tutmuş hansısa daha ciddi problemlərlə üzləşmələr olur".Nazir deyib ki, məktəb psixoloqları ailələrlə və uşaqlarla daha çox işləməlidir:Qeyd edək ki, aprelin 19-da Gəncədəki məktəbdə 9-cu sinifdə oxuyan qız məktəbli yoldaşını bıçaqlayıb. Məktəbdən bildirilib ki, hadisəni törədən şagird tez-tez münaqişə yaratmağa meyilli olub. O, bir müddət əvvəl bu gün bıçaqladığı sinif yoldaşının paltarlarını da kəsibmiş. Səbinənin (şərti adıdır) hərəkətləri barədə müəllimləri də bir neçə dəfə xəbərdarlıq edib. Hadisədən dərhal sonra Gəncə şəhər Təhsil İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları məktəbə gəliblər. Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılır və məsələyə hüquqi qiymət veriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220421/mekteblinin-bicaqlanmasi-ile-bagli-cinayet-isi-baslanilib-441286058.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426031248_0:0:2731:2048_1920x0_80_0_0_bf5cf6ddc4917ee32a27cf338915e10d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bıçaqlama, nazirlik, emin əmrullayev
bıçaqlama, nazirlik, emin əmrullayev
Heç şagirdlərin nailiyyətləri mediada problemlər qədər işıqlandırılmır - Nazir
14:37 21.04.2022 (Yenilənib: 07:06 22.04.2022) Emin Əmrullayev medianın bu məsələləri işıqlandırarkən həssas yanaşmalı olduğunu qeyd edib.
BAKI, 21 aprel — Sputnik. Təhsil naziri Emin Əmrullayev Gəncədə məktəbli qızlar arasında baş verən bıçaqlanma hadisəsinə münasibət bildirib.
Nazir deyib ki, təhsil sistemi çox böyük olduğu üçün tez-tez bu tipli münaqişələrə, xoşagəlməz hallara rast gəlinir və yəqin ki, gələcəkdə də belə halların olması istisna deyil:
"Düşünürəm ki, bu tipli xoşagəlməz hallar daha çox ümumtəhsil müəssisəsi səviyyəsində həll edilməlidir. Digər aidiyyəti dövlət qurumlarının da bu məsələyə cəlb olunmasına ehtiyac var. Konkret bu hal azyaşlılar tərəfindən baş verib. Azyaşlılarla xüsusilə tərbiyəçilər, psixoloqlar və aidiyyəti dövlət qurumlarının əməkdaşları, müvafiq şəxslər işləməlidir. Eyni zamanda ailələri də biz heç vaxt unutmamalıyıq. Bu tip halların olmaması arzusundayıq. Amma eyni zamanda başa düşürük ki, təəssüf ki, sayı bu qədər çox olan sistemdə şagird nadincliyindən tutmuş hansısa daha ciddi problemlərlə üzləşmələr olur".
Nazir deyib ki, məktəb psixoloqları ailələrlə və uşaqlarla daha çox işləməlidir:
"Media tərəfindən də bu məsələlər düzgün şəkildə işıqlandırılmalıdır. Azərbaycanlı şagirdlərin böyük nailiyyətləri mediada bu hadisələr kimi işıqlandırılmır. Amma o uğurların işıqlandırılması Azərbaycan vətəndaşına daha çox fayda verər. Bunlar tarixi hadisələrdir".
Qeyd edək ki, aprelin 19-da Gəncədəki məktəbdə 9-cu sinifdə oxuyan qız məktəbli yoldaşını bıçaqlayıb. Məktəbdən bildirilib ki, hadisəni törədən şagird tez-tez münaqişə yaratmağa meyilli olub. O, bir müddət əvvəl bu gün bıçaqladığı sinif yoldaşının paltarlarını da kəsibmiş. Səbinənin (şərti adıdır) hərəkətləri barədə müəllimləri də bir neçə dəfə xəbərdarlıq edib. Hadisədən dərhal sonra Gəncə şəhər Təhsil İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları məktəbə gəliblər. Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılır və məsələyə hüquqi qiymət veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.