https://sputnik.az/20220421/mekteblinin-bicaqlanmasi-ile-bagli-cinayet-isi-baslanilib-441286058.html
Məktəblinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb
Məktəblinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb
Sputnik Azərbaycan
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. 21.04.2022, Sputnik Azərbaycan
2022-04-21T11:06+0400
2022-04-21T11:06+0400
2022-04-21T11:16+0400
hadisə
bıçaqlama
məktəbli
gəncə
https://cdnn1.img.sputnik.az/img/42361/91/423619134_293:331:1920:1246_1920x0_80_0_0_4b1fe3ba7cc86ca733d34fefbb00dfdd.jpg
BAKI, 21 aprel — Sputnik. Gəncədə məktəblinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis leytenantı Eşqin Qasımov açıqlamasında deyib.E.Qasımov bildirib ki, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 126.1 ci maddəsi ilə cinayət işi açılıb, ibtidai istintaq aparılır, hadisəni törətməkdə şübhəli bilinən şəxsin barəsində yetkinlik yaşına çatmayanın nəzarət altına verilməsi qəti imkan tədbiri seçilib. Şəxs nizam iltizam əsasında ailəsinə təhvil verilib: "Hazırda müvafiq araşdırmalar davam etdirilir, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".Qeyd edək ki, bir neçə gün öncə Gəncə şəhər 8 nömrəli tam orta məktəbin qız şagirdi digə məktəbli qıza bıçaqla xəsarət yetirib.Bağmanlar küçəsində yerləşən Molla Pənah Vaqif adına 8 saylı orta məktəbdə 9-cu sinif şagirdi olan qızı bıçaqlayan 15 yaşlı Fatimə (şərti adlı) hadisədən sonra məktəbdən qaçmışdı. Hadisədən dərhal sonra Gəncə şəhər Təhsil İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları məktəbə gəliblər.Bıçaqlanan qız xəstəxanaya yerləşdirilmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42361/91/423619134_213:0:1920:1280_1920x0_80_0_0_eb911d8845a49d20cbf749ea39388b97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bıçaqlama, məktəbli, gəncə
bıçaqlama, məktəbli, gəncə
Məktəblinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb
11:06 21.04.2022 (Yenilənib: 11:16 21.04.2022) Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
BAKI, 21 aprel — Sputnik. Gəncədə məktəblinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis leytenantı Eşqin Qasımov açıqlamasında deyib.
E.Qasımov bildirib ki, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 126.1 ci maddəsi ilə cinayət işi açılıb, ibtidai istintaq aparılır, hadisəni törətməkdə şübhəli bilinən şəxsin barəsində yetkinlik yaşına çatmayanın nəzarət altına verilməsi qəti imkan tədbiri seçilib. Şəxs nizam iltizam əsasında ailəsinə təhvil verilib: "Hazırda müvafiq araşdırmalar davam etdirilir, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Qeyd edək ki, bir neçə gün öncə Gəncə şəhər 8 nömrəli tam orta məktəbin qız şagirdi digə məktəbli qıza bıçaqla xəsarət yetirib.
Bağmanlar küçəsində yerləşən Molla Pənah Vaqif adına 8 saylı orta məktəbdə 9-cu sinif şagirdi olan qızı bıçaqlayan 15 yaşlı Fatimə (şərti adlı) hadisədən sonra məktəbdən qaçmışdı. Hadisədən dərhal sonra Gəncə şəhər Təhsil İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları məktəbə gəliblər.
Bıçaqlanan qız xəstəxanaya yerləşdirilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.