Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müharibə iştirakçıları hərbi müəllim kimi işə qəbul oluna bilərmi

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidAzərbaycan hərbçisi, arxiv şəkli
Azərbaycan hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.04.2022
Abunə olmaq
Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim iştirak edib.
BAKI, 21 aprel — Sputnik. Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısı olan müəllimlərin hərbi müəllim kimi işə qəbulu məsələsinə aydınlıq gətirilib.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib ki, burada yerli təhsili idarəetmə orqanları və hərbi komissarlıqlar birgə iş aparır.
APA-nın xəbərinə görə, N.İsmayılbəyli deyib ki, müharibə iştirakçısı olan müəllim hərbi müəllim kimi işləmək üçün müraciət edirsə, onun müraciəti yerli hərbi komissarlıqdan da təsdiq edilməlidir: "Bu halda həmin şəxs hərbi müəllim kimi işə qəbul edilə bilər".
Qeyd edək ki, II Vətən müharibəsində ümumilikdə respublika üzrə 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim bu müharibəyə öz töhfəsini verib. Onlardan ümumilikdə 20 təhsil işçisi şəhid olub.
Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində çalışan 122-si müəllim və 5-i direktor müavini olmaqla, ümumilikdə paytaxtın 127 təhsil işçisi də Azərbaycan ordusu sıralarına qoşulmaq üçün müraciət edib.
Onlardan 38 nəfər döyüşlərdə iştirak edərək qəhrəmanlıq və şücaəti ilə torpaqlarımızın azad olunması işinə töhfəsini verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Əlində çanta olan kişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.04.2022
TƏHSİL
Məktəb direktorlarına xəbərdarlıq edilib
Xəbər lenti
0