Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəb direktorlarına xəbərdarlıq edilib

© AFP 2023 / JUSTIN SULLIVANƏlində çanta olan kişi, arxiv şəkli
Əlində çanta olan kişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.04.2022
Abunə olmaq
Mehriban Vəliyeva buraxılış imtahanlarının nəticələrinin yüksəldilməsi ilə bağlı məktəb rəhbərlərinə tapşırıqlar verib.
BAKI, 21 aprel — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə IX siniflərin ötənilki buraxılış imtahanlarının nəticələrinin təhlilinə dair görüş keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Təhsil İnstitutunun və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Yasamal, Qaradağ və Səbail rayonu üzrə məktəblərin direktorları və müəllimlər iştirak ediblər.
Görüş zamanı Təhsil İnstitutu tərəfindən buraxılış imtahanlarının nəticələrinin təhlilinə dair təqdimat nümayiş olunub. Təqdimat zamanı fənlər üzrə nəticələr və fərqlərin statistik əhəmiyyətliliyi, açıq kodlaşan və qapalı suallara verilən cavablar, testlərin etibarlılıq və məlumatlılıq əmsallarının təhlil nəticələri müzakirə olunub.
Həmçinin testlərin məzmun və standartların əhatəliliyi baxımından təhlil təqdim edilib. Ən zəif nəticə göstərilmiş məzmun xətləri müzakirə olunub.
Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, buraxılış imtahanlarının nəticələrinin yaxşılaşdırılması ilə bağlı görüləcək işlərdən, fənlərin tədrisində və məktəbdaxili qiymətləndirmənin təşkilində müasir yanaşmaların tətbiqindən danışıblar.
Buraxılış imtahanlarının nəticələrinin yüksəldilməsi ilə bağlı məktəb rəhbərləri və müəllimlərin təklifləri dinlənilib, perspektiv fəaliyyətin müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, ötən ilki imtahan nəticələrinə əsasən, 200 bal toplayan şagirdlərin sayı demək olar bu illə eynidir:
"150-250 bal arası nəticə toplayan şagirdlərin sayı da keçən ilki şagirdlərin sayı ilə eynidir. Bu il buraxılış imtahanlarında 50-150 bal toplayanların sayı ötən illə müqayisədə daha çoxdur. Gəlin 50-dən aşağı bal toplayan şagirdlərin sayına baxaq. Qapalı testlərdə səhv düzü aparmır deyə, uşaqlar bu testləri təsadüf yazırlar. 50 baldan aşağı olan nəticələr isə orta ixtisas məktəblərinə sənəd verməyə imkan vermir. Birinci mərhələdə 50 baldan aşağı bal toplayanlar II mərhələdə iştirak edə bilər. Amma ikinci mərhələdə səhv cavablar düz cavabı aparır. İlbəil buraxılış imtahanlarının nəticələrini müqayisə edəndə müəyyən ekspertlər cəmiyyətdə elə görüntü yaratmağa çalışırlar ki, guya imtahanlar çətindir, uşaqlar bal toplaya bilmir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Təhsil Nazirliyi - Sputnik Azərbaycan, 1920, 21.04.2022
TƏHSİL
Təhsil Nazirliyi məktəblərin internetə çıxışını tam təmin etməyib
Xəbər lenti
0