Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müəllimlərin ənənəvi yerdəyişməsinə start veriləcək tarix açıqlandı

© Photo : REPORTMüəllimlər, arxiv şəkli
Müəllimlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.04.2022
Abunə olmaq
Dörd mindən artıq pedaqoq iş yerinin dəyişdirilməsi üçün müraciət edib.
BAKI, 21 aprel — Sputnik. Aprelin 25-dən müəllimlərin ənənəvi yerdəyişməsinə start veriləcək.
Bunu Təhsil Resursları İnstitutunun İnsan Resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib. Onun sözlərinə görə, növbəti 9 gün ərzində sistem aktiv olacaq: "4 may saat 11:00-da sistem bağlanacaq. Ötən illərdən fərqli olaraq namizədlər sənəd qəbulunda vakansiya seçimi etməyəcəklər, sadəcə şəxsi məlumatlarını göndərəcəklər, sənəd yükləmək lazım olsa, sənəd yükləyəcəklər".
APA-nın xəbərinə görə, emal prosesindən sonra yeni qaydalarla vakant seçiminə start veriləcək.
N.İsmayılbəyli bildirib ki, müəllimlərin qarşılıqlı yerdəyişməsi ilə bağlı 4000-dən artıq müraciət var.
Qeyd edək ki, yay aylarında müəllimlərin yerdəyişməsi və MİQ imtahanları olacaq. Növbəti tədris ilindən yenidən müəllimlərin qarşılıqlı yerdəyişməsi olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan hərbçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.04.2022
TƏHSİL
Müharibə iştirakçıları hərbi müəllim kimi işə qəbul oluna bilərmi
Xəbər lenti
0