CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"BakuBus" MMC-nin yeni alınan avtobuslardan istifadə etmədiyi üzə çıxıb

Bakubus - Sputnik Azərbaycan, 1920, 21.04.2022
Abunə olmaq
Yüzlərlə "İveco" markalı sərnişin avtobusunun istismarının dayandırılmasının səbəbi vaxtında təmir olunmaması olub.
BAKI, 21 aprel — Sputnik. "BakuBus" MMC tərəfindən yeni avtobuslara olan real illik tələbatdan daha çox avtobus alınıb. Bu, Hesablama Palatasının "BakuBus" MMC-nin 01.01.2019-cu il tarixindən 01.0.2021-ci il tarixinədək olan dövrdə maliyyə fəaliyyətinə dair kənar dövlət maliyyə nəzarəti tədbiri zamanı üzə çıxıb.
APA xəbər verir ki, kənar dövlət maliyyə nəzarəti həmin illərdə bu qurum tərəfindən istifadə olunmuş ümumilikdə 80,0 mln. manata yaxın vəsaiti əhatə edib.
Bundan başqa, nəqliyyatın hərəkət tezliyinin sərnişin dövriyyəsi ilə nisbətinin kifayət qədər optimallaşdırılmaması və yeni marşrut xətlərinin müəyyənləşdirilməməsi nəticəsində son 5 ildə dövlət vəsaitləri hesabına alınan avtobusların orta hesabla 25,4%-i depoda istifadəsiz qalıb.
Deponun sərnişindaşıma potensialından optimal şəkildə istifadə olunmaması isə öz növbəsində "BakuBus" MMC-nin müntəzəm sərnişindaşıma sahəsi üzrə gəlirlərinin tam reallaşdırılmaması, maliyyə öhdəliklərinin qarşılanması səviyyəsinin məhdudlaşması ilə nəticələnir.
Eyni zamanda, təmir xərcləri üzrə maliyyə öhdəliklərinin vaxtında icra olunmaması da avtobusların depoda boş dayanma günlərinin artmasına səbəb olur.
"BakuBus" MMC-nin balansında olan 303 ədəd "İveco" markalı sərnişin avtobusundan 198 ədədinin istismarının dayandırılması müxtəlif nasazlıqların vaxtında təmir olunmaması səbəbindən baş verib.
Avtobus parkının bərpa olunması məqsədilə mövcud vəziyyətin aradan qaldırılması və təmir işləri üçün resursların cəlb edilməsi əvəzinə istismara yararsız həmin 198 avtobusun 80-dən (40,4%-dən) istifadəyə yararlı müxtəlif ehtiyat hissələrinin sökülərək digər avtobuslara quraşdırılması hallarına yol verilməsi təmirə ehtiyacı olan avtobusların daha da yararsız vəziyyətə düşməsi ilə nəticələnib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakubus avtobusu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.10.2021
CƏMİYYƏT
Bu marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus"a həvalə edilib
Xəbər lenti
0