https://sputnik.az/20220415/azerbaycanda-karantinin-yumsaldilmasi-nece-olmalidir-441113598.html
Azərbaycanda karantinin yumşaldılması necə olmalıdır?
Azərbaycanda karantinin yumşaldılması necə olmalıdır?
Sputnik Azərbaycan
Sputnik Azərbaycan infoqrafikasında oxucuların ölkədə koronavirusla bağlı məhdudiyyətlərin mümkün ləğvinə münasibət bildirdikləri sorğunun nəticələri təqdim... 15.04.2022, Sputnik Azərbaycan
2022-04-15T10:00+0400
2022-04-15T10:00+0400
2022-04-15T10:00+0400
karantin
infoqrafika
koronavirus
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441055057_0:0:268:152_1920x0_80_0_0_ec3d53ac82a91bb9fe68c1ec1db81c6c.png
Azərbaycanda koronavirusa yoluxanların sayı sabitdir, bu da ikirəqəmli rəqəmlərlə ifadə olunur. Görünən odur ki, karantin rejimi qaydalarının yumşaldılmasına ehtiyac var və hökumət üzvləri artıq bu məsələni müzakirə etməyə başlayıblar.Ötən bazar günü Azərbaycanda cəmi 16 yeni koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb. Bu gün, eləcə də bir neçə gün əvvəl mövcud xəstəliklərin ağırlaşmasından ölüm halları qeydə alınmayıb.Sputnik Azərbaycan teleqram kanalının - @AzeSputnikin apardığı sorğuya əsasən, 2149 nəfərin yarıdan çoxu hesab edir ki, Azərbaycanda karantin rejiminin yumşaldılmasının qonşu ölkələrlə quru sərhədlərinin açılmasına gətirib çıxara bilər.Respondentlərin daha 15%-i karantinin tam ləğvi ilə bağlı qərarın tezliklə qəbul olunacağına əmindir.Qonşu ölkələrdə epidemioloji vəziyyətin yaxşılaşması, xəstəliklərin dinamikasının azalması, eləcə də gözlənilən istilər onu deməyə əsas verir ki, yaxın günlərdə Azərbaycan hakimiyyəti qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda maska rejiminin ləğvi ilə bağlı qərar qəbul edə bilər. Respondentlərin 12%-i buna əmindir.Azərbaycanda koronavirus dalğasının azalması fonunda Covid pasportlarından istifadənin əhəmiyyəti tədricən unudulmağa başlayıb: respondentlərin 11%-i hökumətin tezliklə bu tələbi tamamilə ləğv edəcəyinə inanır.Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar sərt karantin rejimi 2020-ci ilin mart ayının ortalarından qüvvəyə minib. Xəstəliyin yayılmasının birinci ilində əhalinin gediş-gəlişi məhdudlaşdırılmışdır. Eləcə də şəhərlərarası səfərlər üçün xüsusi buraxılışlar tətbiq edilmişdir.Bir neçə dəfə Əməliyyat Qərargahı virusun geniş yayılmasının qarşısını almaq üçün iki gün davam edən lokdaunlar tətbiq edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441055054_0:0:269:202_1920x0_80_0_0_be9de29ba3e8427bfa5a004129ded7a8.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
karantin, инфографика, koronavirus, covid-19
karantin, инфографика, koronavirus, covid-19
Azərbaycanda karantinin yumşaldılması necə olmalıdır?
Sputnik Azərbaycan infoqrafikasında oxucuların ölkədə koronavirusla bağlı məhdudiyyətlərin mümkün ləğvinə münasibət bildirdikləri sorğunun nəticələri təqdim olunub.
Azərbaycanda koronavirusa yoluxanların sayı sabitdir, bu da ikirəqəmli rəqəmlərlə ifadə olunur. Görünən odur ki, karantin rejimi qaydalarının yumşaldılmasına ehtiyac var və hökumət üzvləri artıq bu məsələni müzakirə etməyə başlayıblar.
Ötən bazar günü Azərbaycanda cəmi 16 yeni koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb. Bu gün, eləcə də bir neçə gün əvvəl mövcud xəstəliklərin ağırlaşmasından ölüm halları qeydə alınmayıb.
Sputnik Azərbaycan teleqram kanalının - @AzeSputnikin apardığı sorğuya əsasən, 2149 nəfərin yarıdan çoxu hesab edir ki, Azərbaycanda karantin rejiminin yumşaldılmasının qonşu ölkələrlə quru sərhədlərinin açılmasına gətirib çıxara bilər.
Respondentlərin daha 15%-i karantinin tam ləğvi ilə bağlı qərarın tezliklə qəbul olunacağına əmindir.
Qonşu ölkələrdə epidemioloji vəziyyətin yaxşılaşması, xəstəliklərin dinamikasının azalması, eləcə də gözlənilən istilər onu deməyə əsas verir ki, yaxın günlərdə Azərbaycan hakimiyyəti qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda maska rejiminin ləğvi ilə bağlı qərar qəbul edə bilər. Respondentlərin 12%-i buna əmindir.
Azərbaycanda koronavirus dalğasının azalması fonunda Covid pasportlarından istifadənin əhəmiyyəti tədricən unudulmağa başlayıb: respondentlərin 11%-i hökumətin tezliklə bu tələbi tamamilə ləğv edəcəyinə inanır.
Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar sərt karantin rejimi 2020-ci ilin mart ayının ortalarından qüvvəyə minib. Xəstəliyin yayılmasının birinci ilində əhalinin gediş-gəlişi məhdudlaşdırılmışdır. Eləcə də şəhərlərarası səfərlər üçün xüsusi buraxılışlar tətbiq edilmişdir.
Bir neçə dəfə Əməliyyat Qərargahı virusun geniş yayılmasının qarşısını almaq üçün iki gün davam edən lokdaunlar tətbiq edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!