"Zəhər tuluğu" sərhədləri aşdı

© Photo : O2Media"Zəhər tuluğu" filminin çəkilişləri zamanı
Zəhər tuluğu filminin çəkilişləri zamanı - Sputnik Azərbaycan, 1920, 20.04.2022
Abunə olmaq
"Zəhər tuluğu" filminin yayımı ölkə hüdudlarından kənara çıxıb. Artıq təkcə Azərbaycan tamaşaçıları dyil, dünya tamaşaçıları da həmin filmi rus dilində izləyə biləcəklər.
BAKI, 20 aprel — Sputnik. Son zamanlar Azərbaycan kinoteatrlarında ən çox izlənən "Zəhər tuluğu" filminə artıq xarici ölkədə yaşayan tamaşaçılar da baxa biləcəklər. Filmin ssenari müəllifi Orxan Mərdanın verdiyi məlumata görə, film ilk dəfə 19 maydan etibarən Qazaxstanda 11 şəhər, 23 kinotetrda rus dilində ("НЕВЫНОСИМЫЙ") nümayiş olunacaq. O.Mərdan bildirir ki, film rus dilinə dublyaj olunub.
Məlumat üçün bildirək ki filmin ssenari müəllifləri Taleh Yüzbəyov, Orxan Mərdan, Pərviz Həsənov və Cəlil Cavanşirdir. Taleh Yüzbəyovun və Orxan Mərdanın rejissorluğu ilə çəkilən, tammetrajlı bədii film ötən ilin dekabr ayında tamaşaçılara təqdim olunub. Nəzərinizə çatdıraq ki, "Zəhər tuluğu" filmi Dövlət Reyestrində qeydə alınaraq yayım vəsiqəsilə təmin olunub. Həmin film, "Hər kəs üçün kino" adlı layihə çərçivəsində paytaxtla yanaşı, Azərbaycanın müxtəlif bölgələrində nümayiş olunub.
Film bıçaqlandıqdan sonra sağ qalan Adilin (Taleh Yüzbəyov) həyatından bəhs edir. Adil müalicə olunduğu xəstəxanadan çıxıb öz monoton həyatına geri dönməyə hazırlaşır. O hər zamanki kimi, "zəhər tuluğudur" – iş yoldaşlarını, dostlarını, onu müalicə edən həkimi və tibb bacılarını acılamağa, incitməyə, kobudluğa davam edir. Dostu Şakirin və artıq həyat tərzini dəyişdiyini iddia edən tələbə yoldaşı, keçmiş "həyat qadını" Rənanın müşayəti ilə xəstəxanadan çıxıb normal həyatına davam etməyi düşünən Adil inanılmaz bir sınaqla qarşılaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
Orxan Mərdan - Sputnik Azərbaycan, 1920, 27.01.2022
MƏDƏNİYYƏT
"Hər kəs üçün kino" - Orxan Mərdandan yeni layihə
Xəbər lenti
0