Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Dərsliklərdən uşaqlara gələcəkdə lazım olmayan materiallar çıxarılmalıdır - Ekspert

© Sputnik / Murad OrujovAşağı sinif şagirdi
Aşağı sinif şagirdi - Sputnik Azərbaycan, 1920, 20.04.2022
Abunə olmaq
Təhsil Nazirliyi iş dəftərləri komplektdən çıxarsa da, hələ də bəzi müəllimlər şagirdlərə həmin əlavə vəsaitlərdən tapşırıqlar verirlər.
BAKI, 20 aprel — Sputnik. Şagirdlərin ev tapşırığı ilə yüklənməsi valideynləri narahat etdiyi qədər ölkəmizdə təhsil siyasətini həyata keçirən rəsmi qurumu - Təhsil Nazirliyini də narahat edir. Nazirliyin "Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi"nin müdiri Vəfa Yaqublu mətbuata açıqlamasında bildirib ki, uşaqlar ev tapşırığı ilə həddindən artıq yüklənir. Şöbə müdiri bunun səbəbini belə izah edib:
"Məktəblərdə tədris proqramı ağır deyil. Sadəcə bir qrup müəllim var ki, onlar uşaqların akademik yüklənməsini (onların - red.) daha yaxşı öyrənməsi üçün edirlər. Ona görə də uşaqlar ev tapşırığı ilə həddindən artıq yüklənir".
© Sputnik / Murad OrujovTəhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu  - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu
Şöbə müdirinin sözlərinə görə, həmin müəllimlərlə iş aparılmalıdır.
V.Yaqublu onu da qeyd edib ki, 45 dəqiqə öyrənmək üçün kifayət qədər uyğundur. Onun sözlərinə görə, şagird, hətta oynaya-oynaya qəliz tapşırığı qavraya bilər:
"Müəllim metodikanı yaxşı quranda, tapşırıqları düz seçəndə uşaq çox rahat, sevə-sevə öyrənir. Uşaqların dərs yükünün optimallaşdırılmasını həyata keçirmək üçün bəzi müəllimlərlə işləməliyik".
Təhsil üzrə ekspert Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərs yükünün ağır olması valideynləri də ciddi narahat edir. Ekspert deyir ki, beyni informasiya ilə yükləmək savadlanmaq demək deyil. Onun sözlərinə görə, materialın çoxluğu təhsilin keyfiyyətinə təsir etmir. Ekspert hesab edir ki, həmçinin, təhsil verərkən cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəslin yetişdirilməsini unutmaq olmaz:
"Keyfiyyətli təhsil adı ilə şagirdləri ifrat dərəcədə yükləməklə təhsilin keyfiyyətini artırmaq olmaz. Təhsilin keyfiyyəti çox təəssüf ki, çox yüksək bal toplamaqla ölçülür. Amma heç bir hüquqi-normativ aktda məktəbin vəzifəsinin ali məktəbə abituriyent hazırlamaq olduğu öz əksini tapmayıb. Unutmaq olmaz ki, kurikulumlar səriştəyə əsaslanan şəxsiyyət yönümlü vətəndaş hazırlamaqdır. Amma biz yenə təhsilə, məktəbə həmin məktəbin məzunlarının ali məktəbə qəbul göstəricisinə əsasən qiymət veririk".
© Sputnik / Murad OrujovNadir İsrafilov
Член Общественного совета при министерстве образования Надир Исрафилов - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Nadir İsrafilov
N.İsrafilov bildirir ki, kurikulum təhsilə yeni gəldikdə dərsliklər bu proqrama uyğun hazırlanmadığından, əlavə vəsaitlərdən, iş dəftərlərindən istifadə edilirdi. Amma dərsliklər artıq kurikuluma uyğun hazırlandığından, əlavə vəsaitlərə, iş dəftərlərinə ehtiyac yoxdur.
O, bildirir ki, təəssüf ki, yenə ayrı-ayrı məktəblərdə iş dəftərləri tələb edirlər:
"Nazirliyin şöbə müdiri düzgün vurğulayıb ki, həmin müəllimlərlə iş aparmaq lazımdır. On ildən artıqdır ki, Təhsil Nazirliyi iş dəftərləri komplektdən çıxardılıb. Amma bəzi müəllimlər şagirdlərə iş dəftərləri aldıraraq onları artıq yükləyir, evə həmin əlavə vəsaitlərdən tapşırıqlar verirlər".
Ekspert bildirir ki, bəzi müəllimlərin iş dəftərlərini işləməyən şagirdin summativlərdə çətinlik çəkəcəyi barədə fikri əsassızdır:
"Sovet dövründə iki qəpiklik dəftərlə akademiya oxuyurdular. Çünki, həmin dəftərlərin arxasında şəkillər yox, vurma cədvəli vardı. İndi yenidən ayrı-ayrı məktəblərdə iş dəftərlərinin tətbiqi yolverilməzdir".
Onun sözlərinə görə, dərsliklər də optimallaşdırılmalıdır. Çünki, dərsliklər həddindən artıq yüklənib:

"Mütləq şəkildə dərsliklər də optimallaşdırılmalıdır. Dərsliklərdə uşaqlara gələcək həyatlarında lazım olmayan ikinci və üçüncü dərəcəli materiallar çıxarılmalıdır".

Qeyd edək ki, şagirdlərin ev tapşırıqları ilə yüklənməsi onların asudə vaxtının düzgün təşkilinə də mane olur. Bundan əlavə, hazırda məktəblilərin çox hissəsinin dərsdən sonra həm də repetitora müraciət etməsi onların dərs yükünü daha da artırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Planşetdən istifadə edən uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.03.2022
CƏMİYYƏT
Milli oyunlar uşaqların formalaşmasına necə təsir edə bilər? - VİDEO
Xəbər lenti
0