https://sputnik.az/20220326/milli-oyunlar-usaqlarin-formalasmasina-nece-tesir-ede-biler---vdeo-440158981.html
Milli oyunlar uşaqların formalaşmasına necə təsir edə bilər? - VİDEO
Milli oyunlar uşaqların formalaşmasına necə təsir edə bilər? - VİDEO
Sputnik Azərbaycan
Millətlərin formalaşmasında milli adət-ənələr, milli mətbəx, atalar sözləri, xalq mahnıları, nağıllar, şifahi xalq ədəbiyyatı və bədii yaradıcılıq nümunələri... 26.03.2022, Sputnik Azərbaycan
2022-03-26T09:33+0400
2022-03-26T09:33+0400
2022-03-26T09:33+0400
uşaq
cəmiyyət
oyunlar
milli
zəka
mobil
cizgi filmi
uşaqlar
fiziki
https://cdnn1.img.sputnik.az/img/42187/81/421878103_0:318:3076:2048_1920x0_80_0_0_2d450a32b02660d1bc3e470d44bb14be.jpg
BAKI, 26 mart — Sputnik. Millətlərin formalaşmasında milli adət-ənələr, milli mətbəx, atalar sözləri, xalq mahnıları, nağıllar, şifahi xalq ədəbiyyatı və bədii yaradıcılıq nümunələri əhəmiyyətli rol oynayır. Bu milli dəyərlər sistemindən söz düşmüşkən, milli oyunları xüsusi qeyd etmək lazımdır. Hər bir xalqın özünə məxsus milli oyunları var ki, bu oyunlar həmin xalqın həyat tərzinin, dünyagörüşünün və milli təfəkkürünün məhsuludur. İxtisasca hüquqşünas olan, milli adət-ənənələri araşdıran Fərman Salmanlı Sputnik Azərbaycan-a unudulmuş milli oyunların uşaqların mənəviyyatına, psixologiyasına və fiziki cəhətdən formalaşmasına təsirindən söz açıb.Salmanlı bildirir ki, əslində bir xalqın milli oyunlarını tədqiq edərək həmin xalqın milli xarakteristikasını müəyyənləşdirmək mümkündür. Onun sözlərinə görə, Azərbaycanda hər bölgəyə məxsus müxtəlif xarakterli milli oyunlar mövcuddur. Milli oyunların bəzilərinin tarixi olduqca qədimdir və bu oyunlar müasir dövrümüzə qədər uzun formalaşma mərhələsi keçərək gəliblər:"Milli oyunların təsnifatına gəlincə, bu oyunlar intelektual, dini ayinlər, əyləncəli, idman xarakterli oyunlar, mütəhərrik və söz oyunlarından ibarətdir. Eyni zamanda oyunlar yaş həddinə və cinsiyyətə görə də dəyişir. Sanki bəzi oyunlar uşaqların və gənclərin gələcəkdə döyüşçü kimi güclü və dözümlü formalaşması məqsədi ilə yaradılıb. Çünki, araşdırma zamanı məlum olur ki, Azərbaycan milli oyunlarının əksəriyyəti fiziki güc tələb edən oyunlardır. Xüsusən oğlan uşaqlarının və yeni yetmələrin hələ kiçik yaşlarından fiziki cəhətdən möhkəm, dözümlü və mübariz yetışməsinə zəmin yaradıb. Bu oyunlar adətən Novruz bayramında yada düşür. Amma yaxşı olar ki, gündəlik həyatımızda da uşaqlar bu oyunlarla məşğul olsunlar".Müsahibimiz bildirir ki, milli oyunlarımızın arasında daha geniş yayılan "Çövkan", "Dirədöymə", "Çiling ağac", "Top al qaç", "Sərrast vur", "Motal-motal", "Kosa-kosa", "Qələndar, ay Qələndar", "Əl üstə kimin əli", "Ənzəli","Rəng-rəng", "Naxquli", "Cıdır", "Quş uçdu", "Sultan", "Dəsmalı ver", "Bənövşə bənövşəni" kimi oyunları qeyd etmək olar. Fərman bəy təəssüflə qeyd edir ki, milli oyunlar gənclərimiz tərəfindən unudulmaqdadır: "Tədricən bu oyunların adları belə, yaddaşlardan silinməkdədir. Halbuki gənclərin sağlam və qüvvətli yetişməsi üçün milli oyunların əhəmiyyəti böyükdür. Yaxın keçmişə nəzər salarsaq bizdən əvvəlki nəslin fiziki cəhətdən müasir nəsildən daha güclü və dözümlü, eyni zamanda boy baxımından daha uzun boylu olduğunun şahidi olarıq".Həmsöhbətimiz bildirir ki, bunun səbəbini isə müasir insanların həyat tərzində axtarmaq lazımdır. Müşahidə və araşdırmalara əsasən sübut edilib ki, günün çox vaxtını telefon və oyun aparatlarından isifadə etməklə keçirən azyaşlıların dərs əmsalı tədricən aşağı düşür və zəka baxımından yaşıdlarından geri qalırlar və aqressiv olurlar: "Eyni zamanda, bu uşaqlar daim virtual aləmdə olduqları səbəbindən cəmiyyətə inteqrasiyada çətinlik çəkirlər və ailə şəfqətindən məhrum olmaqla psixoloji problemlər yaşayırlar. Məlum məsələdir ki, müasir texnologiyalardan istifadə edilməsi qarşısı alınmaz prosesdir. Bununla belə valideyinlər azyaşlıların mobil telefon, kompyuter və oyun aparatlarından istifadə etmələrinə müəyyən məhdudiyyətlər tətbiq edə bilərlər".F.Salmanlı qeyd edir ki, milli oyunlarımızın qorunması və inkişaf etdirilməsi məsələsində hər birimizin üzərinə mühüm vəzifə düşür. Müsbət haldır ki, 1990-cı ildə Milli İdman Növləri Assosiasiyası yaradılıb. Assosiyaya milli güləş, atüstü milli idman oyunları, nərd, mütəhərrik oyunlar, zorxana və serim güləşi kimi milli idman növləri daxildir. 1992-ci ildən milli oyunlardan bəziləri bədən tərbiyəsi proqramlarına daxil edilsə də nəzərə almaq lazımdır ki, milli oyunların tərkibi təkcə idman oyunlardan ibarət deyil. Müsahibimiz əlavə edir ki, yaxşı olar ki, milli oyunlarımızı əks etdirən cizgi filmləri çəkilsin:"Bu həm uşaqlarımızda milli oyunlara qarşı maraq oyandırmaq, həm də milli oyunların lentə alınaraq gələcək nəsillərə çatdırılması baxımından mühüm hadisə olardı. Eyni zamanda, milli oyunlarımızın təbliği, yaşadılması və gələcək nəsillərə çatdırılması məqsədi ilə dünyada ilk olaraq qədimiliyi, tarixiliyi, milli kolariti özündə əks etdirən eksponat və şəkillərlərdən ibarət milli oyunlar muzeyinin yaradılması da müsbət hal olardı. Eyni zamanda uşaq oyuncaqlarının, əşyalarının, kitab və dəftərlərinin üzərinə milli oyunları əks etdirən epizodların həkk edilərək təbliği mümkündür".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220114/donuz-peppa-qizlar-ve----usaqlarin-internetdeki-ilginc-maraqlari-arasdirilib-438179239.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42187/81/421878103_243:0:2974:2048_1920x0_80_0_0_b21630fd127c3d81bf4a0209a12da3e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq, oyunlar, milli, zəka, mobil, cizgi filmi, uşaqlar, fiziki
uşaq, oyunlar, milli, zəka, mobil, cizgi filmi, uşaqlar, fiziki
Milli oyunlar uşaqların formalaşmasına necə təsir edə bilər? - VİDEO
Millətlərin formalaşmasında milli adət-ənələr, milli mətbəx, atalar sözləri, xalq mahnıları, nağıllar, şifahi xalq ədəbiyyatı və bədii yaradıcılıq nümunələri əhəmiyyətli rol oynayır
BAKI, 26 mart — Sputnik. Millətlərin formalaşmasında milli adət-ənələr, milli mətbəx, atalar sözləri, xalq mahnıları, nağıllar, şifahi xalq ədəbiyyatı və bədii yaradıcılıq nümunələri əhəmiyyətli rol oynayır. Bu milli dəyərlər sistemindən söz düşmüşkən, milli oyunları xüsusi qeyd etmək lazımdır. Hər bir xalqın özünə məxsus milli oyunları var ki, bu oyunlar həmin xalqın həyat tərzinin, dünyagörüşünün və milli təfəkkürünün məhsuludur. İxtisasca hüquqşünas olan, milli adət-ənənələri araşdıran Fərman Salmanlı Sputnik Azərbaycan-a unudulmuş milli oyunların uşaqların mənəviyyatına, psixologiyasına və fiziki cəhətdən formalaşmasına təsirindən söz açıb.
Salmanlı bildirir ki, əslində bir xalqın milli oyunlarını tədqiq edərək həmin xalqın milli xarakteristikasını müəyyənləşdirmək mümkündür. Onun sözlərinə görə, Azərbaycanda hər bölgəyə məxsus müxtəlif xarakterli milli oyunlar mövcuddur. Milli oyunların bəzilərinin tarixi olduqca qədimdir və bu oyunlar müasir dövrümüzə qədər uzun formalaşma mərhələsi keçərək gəliblər:
"Milli oyunların təsnifatına gəlincə, bu oyunlar intelektual, dini ayinlər, əyləncəli, idman xarakterli oyunlar, mütəhərrik və söz oyunlarından ibarətdir. Eyni zamanda oyunlar yaş həddinə və cinsiyyətə görə də dəyişir. Sanki bəzi oyunlar uşaqların və gənclərin gələcəkdə döyüşçü kimi güclü və dözümlü formalaşması məqsədi ilə yaradılıb. Çünki, araşdırma zamanı məlum olur ki, Azərbaycan milli oyunlarının əksəriyyəti fiziki güc tələb edən oyunlardır. Xüsusən oğlan uşaqlarının və yeni yetmələrin hələ kiçik yaşlarından fiziki cəhətdən möhkəm, dözümlü və mübariz yetışməsinə zəmin yaradıb. Bu oyunlar adətən Novruz bayramında yada düşür. Amma yaxşı olar ki, gündəlik həyatımızda da uşaqlar bu oyunlarla məşğul olsunlar".
Müsahibimiz bildirir ki, milli oyunlarımızın arasında daha geniş yayılan "Çövkan", "Dirədöymə", "Çiling ağac", "Top al qaç", "Sərrast vur", "Motal-motal", "Kosa-kosa", "Qələndar, ay Qələndar", "Əl üstə kimin əli", "Ənzəli","Rəng-rəng", "Naxquli", "Cıdır", "Quş uçdu", "Sultan", "Dəsmalı ver", "Bənövşə bənövşəni" kimi oyunları qeyd etmək olar. Fərman bəy təəssüflə qeyd edir ki, milli oyunlar gənclərimiz tərəfindən unudulmaqdadır: "Tədricən bu oyunların adları belə, yaddaşlardan silinməkdədir. Halbuki gənclərin sağlam və qüvvətli yetişməsi üçün milli oyunların əhəmiyyəti böyükdür. Yaxın keçmişə nəzər salarsaq bizdən əvvəlki nəslin fiziki cəhətdən müasir nəsildən daha güclü və dözümlü, eyni zamanda boy baxımından daha uzun boylu olduğunun şahidi olarıq".
Həmsöhbətimiz bildirir ki, bunun səbəbini isə müasir insanların həyat tərzində axtarmaq lazımdır. Müşahidə və araşdırmalara əsasən sübut edilib ki, günün çox vaxtını telefon və oyun aparatlarından isifadə etməklə keçirən azyaşlıların dərs əmsalı tədricən aşağı düşür və zəka baxımından yaşıdlarından geri qalırlar və aqressiv olurlar: "Eyni zamanda, bu uşaqlar daim virtual aləmdə olduqları səbəbindən cəmiyyətə inteqrasiyada çətinlik çəkirlər və ailə şəfqətindən məhrum olmaqla psixoloji problemlər yaşayırlar. Məlum məsələdir ki, müasir texnologiyalardan istifadə edilməsi qarşısı alınmaz prosesdir. Bununla belə valideyinlər azyaşlıların mobil telefon, kompyuter və oyun aparatlarından istifadə etmələrinə müəyyən məhdudiyyətlər tətbiq edə bilərlər".
F.Salmanlı qeyd edir ki, milli oyunlarımızın qorunması və inkişaf etdirilməsi məsələsində hər birimizin üzərinə mühüm vəzifə düşür. Müsbət haldır ki, 1990-cı ildə Milli İdman Növləri Assosiasiyası yaradılıb. Assosiyaya milli güləş, atüstü milli idman oyunları, nərd, mütəhərrik oyunlar, zorxana və serim güləşi kimi milli idman növləri daxildir. 1992-ci ildən milli oyunlardan bəziləri bədən tərbiyəsi proqramlarına daxil edilsə də nəzərə almaq lazımdır ki, milli oyunların tərkibi təkcə idman oyunlardan ibarət deyil. Müsahibimiz əlavə edir ki, yaxşı olar ki, milli oyunlarımızı əks etdirən cizgi filmləri çəkilsin:
"Bu həm uşaqlarımızda milli oyunlara qarşı maraq oyandırmaq, həm də milli oyunların lentə alınaraq gələcək nəsillərə çatdırılması baxımından mühüm hadisə olardı. Eyni zamanda, milli oyunlarımızın təbliği, yaşadılması və gələcək nəsillərə çatdırılması məqsədi ilə dünyada ilk olaraq qədimiliyi, tarixiliyi, milli kolariti özündə əks etdirən eksponat və şəkillərlərdən ibarət milli oyunlar muzeyinin yaradılması da müsbət hal olardı. Eyni zamanda uşaq oyuncaqlarının, əşyalarının, kitab və dəftərlərinin üzərinə milli oyunları əks etdirən epizodların həkk edilərək təbliği mümkündür".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.