Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Baş nazir təhsil idarələri ilə bağlı qərar verdi

© Photo : Cabinet of Ministers of the Republic of AzerbaijanBaş nazir Əli Əsədov, arxiv şəkli
Baş nazir Əli Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.04.2022
Abunə olmaq
Azərbaycan Prezidentinin 2021-ci il 20 dekabr tarixli Sərəncamı ilə rayon (şəhər) təhsil şöbələrinin əsasında regional təhsil idarələri yaradılıb.
BAKI, 20 aprel — Sputnik. Təhsil Nazirliyinin şəhər (rayon) təhsil şöbələri maddəsi yeni redaksiyada verilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən Təhsil Nazirliyinin təsnifatı aşağıdakı kimi olacaq:
- Bakı Şəhəri üzrə Təhsil İdarəsi
- Regional təhsil idarələri.
Bununla da rayon (şəhər) təhsil şöbələrinin əsasında regional təhsil idarələrinin yaradılması ilə əlaqədar Nazirlər Kabinetinin normativ aktlarında uyğunlaşma aparılıb.
Azərbaycan Prezidentinin 2021-ci il 20 dekabr tarixli 3059 nömrəli Sərəncamı ilə rayon (şəhər) təhsil şöbələrinin əsasında regional təhsil idarələri yaradılıb. Bundan irəli gələrək, uyğunlaşdırma çərçivəsində Nazirlər Kabinetinin bir sıra qərarlarına dəyişiklik edilməsi zərurəti yaranıb.
Regional təhsil idarələri
Qeyd edək ki, regional təhsil idarələri aşağıdakı kimi təşkil olunub:
Sumqayıt şəhər, Abşeron, Xızı rayon tahsil şöbələrinin əsasında Abşeron-Xızı Regional Təhsil İdarəsi: (İdarə Sumqayıt şəhərində yerləşməklə),
Ağsu, İsmayıllı, Qobustan ve Şamaxı rayon təhsil şöbələrinin əsasında Dağlıq Şirvan Regional Təhsil İdarəsi (idarə Şamaxı rayonunda yerləşməklə),
Gəncə şəhər Təhsil İdarasi, Naftalan şəhər, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (İdara Gəncə şəhərində yerləşməklə),
Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Qarabağ Regional Təhsil İdarəsi (İdarə Bərdə rayonunda yerləşməklə),
Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayon təhsil şöbələrinin əsasında Qazax-Tovuz Regional Təhsil İdarəsi (idarə Şəmkir rayonunda yerləşməklə),
Xaçmaz, Quba, Qusar, Siyəzen və Şabran rayon təhsil şöbələrinin əsasında Quba-Xaçmaz Regional Təhsil İdarəsi (idarə Quba rayonunda yerləşməklə),
Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon təhsil şöbələrinin əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi (idarə Lənkəran şəhərində yerləşməklə),
Mingəçevir şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon tahsil şöbələrinin əsasında Mərkəzi Aran Regional Təhsil İdarəsi (idarə Yevlax şəhərində yerləşməklə),
Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil şöbələrinin əsasında Mil-Muğan Regional Təhsil İdarəsi (idarə Sabirabad rayonunda yerləşməklə),
Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayon təhsil şöbələrinin əsasında Şəki - Zaqatala Regional Təhsil İdarəsi (İdarə Şəki şəhərində yerləşməklə),
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi (İdarə müvəqqəti olaraq Bakı şəhərinda yerləşməklə),
Şirvan şəhər, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında Şirvan-Salyan Regional Təhsil İdarəsi (İdarə Salyan rayonunda yerləşməklə).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.04.2022
TƏHSİL
Azərbaycanda təhsil krediti üçün nə qədər tələbə müraciət edib?
Xəbər lenti
0