https://sputnik.az/20220407/azerbaycanda-tehsil-krediti-ucun-ne-qeder-telebe-muraciet-edib-440888784.html
Azərbaycanda təhsil krediti üçün nə qədər tələbə müraciət edib?
Azərbaycanda təhsil krediti üçün nə qədər tələbə müraciət edib?
Sputnik Azərbaycan
Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayevin sözlərinə görə, dörd minədək tələbə təhsil krediti üçün onlara müraciət edib. 07.04.2022, Sputnik Azərbaycan
2022-04-07T13:30+0400
2022-04-07T13:30+0400
2022-04-07T13:30+0400
tələbə
təhsil
kredit
güzəştli kredit
https://cdnn1.img.sputnik.az/img/42169/08/421690859_0:6:3076:1736_1920x0_80_0_0_98d6149b57114224c0cde802aefdb357.jpg
BAKI, 7 aprel — Sputnik. Azərbaycanda 2021-2022-ci tədris ili üzrə 5678 tələbə təhsil krediti almaq üçün müraciət edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev bu gün keçirilən brifinqdə deyib.Həmin müraciətlər arasından 3590 müraciət yekunlaşdırılıb: "Yekunlaşdırılmamış 2088 müraciətin 627 nəfərini tələbə olmayan, kredit almaq hüququ olmayan, 1461 nəfərini isə tələbə sisteminə daxil olub, lakin heç bir əməliyyat aparmayan şəxslər təşkil edir. Ümumilikdə sosial TTK üzrə 1116, standart TTK üzrə 1783 müraciət rəsmiləşib. 691 müraciətdən isə imtina olunub".Qeyd edək ki, fevralın 16-dan 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbuluna başlanıb.Təhsil krediti ilə ali təhsili bitirən tələbəyə kreditin geri qaytarılmasına başlamaq üçün 2 il güzəşt olunur. Yəni, tələbələr universiteti bitirdikdən 2 il sonra krediti qaytarmağa başlasalar, 10 il ərzində onu tamamilə geri qaytara bilərlər.Kredit aldığı semestri əlaçı bitirən tələbə həmin məbləğin yarısını qaytarır. Yəni 8000 manat kredit götürübsə, ortalama balı 91-dən yuxarı olan tələbə 4000 kredit ödəmiş olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42169/08/421690859_276:0:3005:2047_1920x0_80_0_0_b398d23adf9b18df4b751b2d20598a17.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tələbə, kredit, güzəştli kredit
tələbə, kredit, güzəştli kredit
Azərbaycanda təhsil krediti üçün nə qədər tələbə müraciət edib?
Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayevin sözlərinə görə, dörd minədək tələbə təhsil krediti üçün onlara müraciət edib.
BAKI, 7 aprel — Sputnik. Azərbaycanda 2021-2022-ci tədris ili üzrə 5678 tələbə təhsil krediti almaq üçün müraciət edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev bu gün keçirilən brifinqdə deyib.
Həmin müraciətlər arasından 3590 müraciət yekunlaşdırılıb: "Yekunlaşdırılmamış 2088 müraciətin 627 nəfərini tələbə olmayan, kredit almaq hüququ olmayan, 1461 nəfərini isə tələbə sisteminə daxil olub, lakin heç bir əməliyyat aparmayan şəxslər təşkil edir. Ümumilikdə sosial TTK üzrə 1116, standart TTK üzrə 1783 müraciət rəsmiləşib. 691 müraciətdən isə imtina olunub".
Qeyd edək ki, fevralın 16-dan 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbuluna başlanıb.
Təhsil krediti ilə ali təhsili bitirən tələbəyə kreditin geri qaytarılmasına başlamaq üçün 2 il güzəşt olunur. Yəni, tələbələr universiteti bitirdikdən 2 il sonra krediti qaytarmağa başlasalar, 10 il ərzində onu tamamilə geri qaytara bilərlər.
Kredit aldığı semestri əlaçı bitirən tələbə həmin məbləğin yarısını qaytarır. Yəni 8000 manat kredit götürübsə, ortalama balı 91-dən yuxarı olan tələbə 4000 kredit ödəmiş olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.