Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycana QİÇS əleyhinə dərmanlar gətirilib

© AFP 2024 / NOEL CELISQİÇS testi, arxiv şəkli
QİÇS testi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.04.2022
Abunə olmaq
Dərmanlar "Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək" layihəsi çərçivəsində alınıb.
BAKI, 20 aprel — Sputnik. Azərbaycanın tibbi təchizatının gücləndirilməsi davam edir.
Səhiyyə Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının tərəfdaşlığı əsasında alınması nəzərdə tutulan dərmanların ilk partiyası gətirilərək ölkəyə təhvil verilib.
Həyati əhəmiyyətə malik 9 min qutu İİV/QİÇS (İnsanın immunçatışmazlığı virusu və qazanılmış immun çatışmazlığı sindromu) əleyhinə dərman "Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək" layihəsi çərçivəsində alınıb.
Layihə bu günədək QİÇS-ə yoluxmuş 7 min 867 nəfərin dərmanla təchizatını təmin edib.
Qeyd edək ki, ötən il nikaha daxil olan 104 961 nəfərdən götürülmüş qan nümunələrinin müayinəsi zamanı 1215 nəfərdə sifilis infeksiyası, 200 nəfərdə isə İİV (QİÇS) aşkarlanıb.
İİV-infeksiyası - İnsanın immunçatışmazlığı virusu tərəfindən törədilən immun sisteminin artan zədələnməsi ilə müşayiət olunan xroniki infeksion xəstəlikdir.
QİÇS - İİV virusunun insanın immun sistemini zədələməsi nəticəsində opportunistik (fürsətçi) infeksiyalar yaxud onkoloji xəstəliklər şəklində ağır klinik əlamətlərlə təzahür olunan xəstəliyin 4-cü və ya sonuncu klinik mərhələsidir. Bu mərhələdə xəstələrdə immun (CD4) hüceyrələrinin miqdarı o səviyyəyə qədər azalır ki, hətta zəif patogen infeksiyalar da xəstənin həyatı üçün təhlükə yaradır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Экспресс-анализ крови на ВИЧ-инфекции, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.09.2021
CƏMİYYƏT
QİÇS və vərəm xəstələri ilə bağlı ölkədə vəziyyət necədir?
Xəbər lenti
0