https://sputnik.az/20220419/azerbaycanin-neft-ixraci-hecm-ve-olkeler-441237170.html
Azərbaycanın neft ixracı: həcm və ölkələr
Azərbaycanın neft ixracı: həcm və ölkələr
Sputnik Azərbaycan
"Qara qızıl"ımızın əsas alıcısı kimdir? 19.04.2022, Sputnik Azərbaycan
2022-04-19T18:58+0400
2022-04-19T18:58+0400
2022-04-19T18:58+0400
azərbaycan
neft
azərbaycan nefti
infoqrafika
https://cdnn1.img.sputnik.az/img/07e6/04/12/441213417_0:0:268:152_1920x0_80_0_0_7497fdc3daad37748a893e2fe65ba7bd.png
BAKI, 19 aprel — Sputnik. İlin əvvəlindən Azərbaycanın "qara qızıl"ı əsasən Avropa ölkələrinə tədarük edilir. Kimin nə qədər neft alması barədə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.2022-ci ilin yanvar-mart aylarında Azərbaycan nefti 17 ölkəyə satılıb. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ixrac 5,887 milyon tondan çox, 3,680 milyard dollar dəyərində təşkil edib. Azərbaycanın neft ixracından əldə etdiyi gəlirlər ilin birinci rübündə 38% artıb.O cümlədən, hesabat dövründə İtaliyaya 1,489 milyard dollarından çox məbləğdə 2,380 milyon ton xam neft göndərilib. Müvafiq olaraq, Azərbaycan neftinin alıcıları arasında İtaliya liderlik edir.Onun ardınca Portuqaliya gəlir, burada yanvar-mart aylarında 390,606 milyon dollar məbləğində 560,465 min ton neft ixrac edilib.Ölkəmizdən ümumi dəyəri 328,080 milyon dollar olan 521,032 min ton "qara qızıl" alan İsrail üçüncü yerdə qərarlaşıb.Azərbaycan nefti əsasən Avropa ölkələrinə ixrac edilib və Tayland, Tunis və Hindistan da daimi alıcılar sırasındadır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/12/441213414_0:0:269:202_1920x0_80_0_0_0b0be0ba6c90caf6f1bf84df27146d1c.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, neft, azərbaycan nefti, инфографика
azərbaycan, neft, azərbaycan nefti, инфографика
Azərbaycanın neft ixracı: həcm və ölkələr
"Qara qızıl"ımızın əsas alıcısı kimdir?
BAKI, 19 aprel — Sputnik. İlin əvvəlindən Azərbaycanın "qara qızıl"ı əsasən Avropa ölkələrinə tədarük edilir. Kimin nə qədər neft alması barədə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.
2022-ci ilin yanvar-mart aylarında Azərbaycan nefti 17 ölkəyə satılıb. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ixrac 5,887 milyon tondan çox, 3,680 milyard dollar dəyərində təşkil edib. Azərbaycanın neft ixracından əldə etdiyi gəlirlər ilin birinci rübündə 38% artıb.
O cümlədən, hesabat dövründə İtaliyaya 1,489 milyard dollarından çox məbləğdə 2,380 milyon ton xam neft göndərilib. Müvafiq olaraq, Azərbaycan neftinin alıcıları arasında İtaliya liderlik edir.
Onun ardınca Portuqaliya gəlir, burada yanvar-mart aylarında 390,606 milyon dollar məbləğində 560,465 min ton neft ixrac edilib.
Ölkəmizdən ümumi dəyəri 328,080 milyon dollar olan 521,032 min ton "qara qızıl" alan İsrail üçüncü yerdə qərarlaşıb.
Azərbaycan nefti əsasən Avropa ölkələrinə ixrac edilib və Tayland, Tunis və Hindistan da daimi alıcılar sırasındadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.