Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

FIFA-da vəzifə aldı, AFFA-da əməkhaqqı almadan işləyəcək

© Sputnik / Murad OrujovИсполнительный вице-президент Ассоциации футбольных федераций Азербайджана (АФФА) Эльхан Мамедов
Исполнительный вице-президент Ассоциации футбольных федераций Азербайджана (АФФА) Эльхан Мамедов - Sputnik Azərbaycan, 1920, 20.04.2022
Abunə olmaq
AFFA-nın sabiq baş katibi və hazırkı icraçı vitse-prezidenti Elxan Məmmədov FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyin edilib.
BAKI, 20 aprel - Sputnik. AFFA-nın sabiq baş katibi və hazırkı icraçı vitse-prezidenti Elxan Məmmədov mayın 1-dən yeni fəaliyyətə başlayacaq.
O, FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinat alıb.
E.Məmmədov müxtəlif regionlar üzrə FIFA Forward layihəsinin icrası, qurumun Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyəti ilə məşğul olacaq.
Məmmədov AFFA-da 10 ildən çox öncə baş katib, daha sonra isə icraçı vitse-prezident vəzifələrində çalışıb. Yeni vəzifəsində o FIFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru Nodar Axalkatsini əvəzləyəcək.
Təyinatla bağlı danışan FIFA prezidenti Canni İnfantino bildirib ki, E. Məmmədovun ali futbol qurumunun komandasına qoşulması onların gücünə güc qatır:
"Onun futbolun dayaqlarını möhkəmləndirmək üçün götürdüyü öhdəliklər Azərbaycanda idman üçün faydalı olub. Məmmədovun öz təcrübəsini bütövlükdə Avropa futboluna da tətbiq edəcəyini düşünürəm və ona FIFA komandasına xoş gəlmisən deyirəm".
FIFA-nın Paris ofisində fəaliyyət göstərəcək E. Məmmədovun sözlərinə görə, bu quruma qoşulmaq çox xüsusi bir haldır:
"Bunu məsuliyyət və şərəflə qəbul edirəm. FIFA hazırda futbolu dünyanın hər nöqtəsində əhatə edən lokomotivdir. FIFA komandasıyla və üzvlərimizlə birlikdə əminəm ki, həm qadın, həm də kişi futbolunun inkişafı üçün yeni ideyaların həyata keçirilməsini davam etdirəcəyik. Futbolun idarəedilməsi və davamlı inkişafı mənim üçün ən maraqlı sahələrdəndir və bu mövzuda FIFA və onun prezidenti cənab İnfantino ilə məqsədlərimiz ortaqdır. Son 15 ildə AFFA-da fəaliyyətim mənə idman sahəsində mühüm təcrübə qazandırıb. AFFA prezidentinə və komandamıza uzun və xoş əməkdaşlığımıza, effektiv idarəetmə qurduğumuza, kütləvi futbolun inkişafına və möhtəşəm tədbirlərin təşkilinə görə təşəkkür edirəm. Bu təcrübəni yeni mövqeyimdə daha geniş miqyasda tətbiq etmək üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Elxan Məmmədov AFFA-da fəaliyyətə 2007-ci ildə başlayıb və o vaxtdan Azərbaycanda idmanın miqyasının genişlənməsində mühüm rol oynayıb. O FIFA “Fair Play and Social Responsibility” komitəsinin üzvü olmaqla yanaşı, 2012-ci ildə Bakıda keçirilmiş FIFA Qadınlarası U-17 Dünya çempionatının Yerli təşkilat komitəsinin sədri, 2015-ci ildə Bakıda təşkil olunmuş Avropa oyunları, 2019-cu ildə UEFA Avropa Liqasının finalı, AVRO-2020-nin qrup mərhələsinin 3 və 1/4 final məhərləsinin 1 qarşılaşması kimi tədbirlərin təşkilində rəhbər şəxslərdən biri olub.
Elxan Məmmədov AFFA-da fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək(Report).
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
Xəbər lenti
0