CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İftar süfrəsində zəhərlənmənin təfərrüatları - Restoran buna aydınlıq gətirdi

© AP Photo / Esteban FelixRestoran, arxiv şəkli
Restoran, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Abunə olmaq
Daha əvvəl zəhərlənmənin pomidor turşusundan olduğu söylənilsə də, iftar süfrəsini təşkil edən restoranın administratoru bunu təkzib edib.
BAKI, 19 aprel — Sputnik. Göyçay rayonunda iftar süfrəsində kütləvi zəhərlənmənin baş verdiyi restoranın administratoru faktla bağlı Sputnik Azərbaycan-a açıqlama verib. Administrator Saleh Əliyev zəhərlənmənin pomidor turşusundan baş verdiyi ilə bağlı səslənən iddiaların yalan olduğunu bildirib. O deyib ki, iftar süfrəsində qonaqlara üç cür yemək verilib:
"Onların süfrəsinə mərci şorbası, lülə və tikə kabab verilib. Həmçinin stolda təzə pomidor və xiyardan hazırlanmış çoban salatı, pendir olub. Bu yeməklərdən digər süfrələrə verilib. Onların heç birində zəhərlənmə əlaməti qeydə alınmayıb. Zəhərlənmənin hazırlanan yeməklərdən olduğu inandırıcı deyil. Biz yalnız pomidor-xiyardan baş verməsini ehtimal edirik".
Restoranın administratoru həmçinin bildirib ki, zəhərlənənlərin vəziyyəti çox ağır olmayıb. Onlar özlərində bir az narahatlıq hiss etdiklərindən təcili yardıma müraciət ediblər. S.Əliyev hazırda aidiyyəti qurumların nümayəndələrinin qida qalıqlarından nümunə götürdüyünü söyləyib.
Xatırladaq ki, dünən axşam saatlarında Göyçay rayonunda kütləvi zəhərlənmə olub. Rayonda fəaliyyət göstərən "Zeynəb" restoranında təşkil olunmuş iftar süfrəsində 10 nəfər zəhərlənib. Həmin şəxslərə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətləri normal qiymətləndirilir.
Göyçay Rayon Mərkəzi Xəstəxanasından Polis Şöbəsinə məlumat daxil olan kimi araşdırma aparılıb. Toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.
Zəhərlənmə barədə TƏBİB-dən açıqlama
Hadisə ilə bağlı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) də açıqlama yayıb.
TƏBİB-dən bildirilib ki, 19 aprel saat 00:49-da 10 nəfər (10 kişi) alimentar qastrit diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil olub.
"Həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar", - məlumatda qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İftar süfrəsi - Sputnik Azərbaycan, 1920, 19.04.2022
HADİSƏ
İftar süfrəsində kütləvi zəhərlənmə niyə baş verib? AQTA və Prokurorluq işə qarışdı
Xəbər lenti
0