Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İftar süfrəsində kütləvi zəhərlənmə niyə baş verib? AQTA və Prokurorluq işə qarışdı

© Sputnik / Ilham Mustafayevİftar süfrəsi
İftar süfrəsi - Sputnik Azərbaycan, 1920, 19.04.2022
Abunə olmaq
Göyçay rayon Prokurorluğu iftar süfrəsində zəhərlənmə faktı ilə bağlı araşdırma aparmağa başlayıb.
BAKI, 19 aprel — Sputnik. Göyçay rayonunda iftar süfrəsində kütləvi zəhərlənmə qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Mənsimov məlumat verib.
O bildirib ki, hadisə aprelin 18-də rayonun Çərəkə kəndində qeydə alınıb. Belə ki, iftar süfrəsinə toplaşan 10 nəfər zəhərlənib.
"Bu barədə Göyçay Rayon Polis Şöbəsinə Rayon Mərkəzi Xəstəxanasından məlumat daxil olub. Şöbədə ilkin araşdırma aparılıb. İlkin ehtimala görə, həmin şəxslər pomidordan zəhərlənib. Hazırda zəhərlənən şəxslər ambulator şəraitdə müalicə alırlar. İş üzrə toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib", - DİN rəsmisi vurğulayıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin bunun qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb: "Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".
Xatırladaq ki, bir müddət öncə də pomidor turşusundan zəhərlənmə ölümlə nəticələnmişdi. 10 yaşlı Aytac və atası Ricay Mirzəyev pomidor turşusundan ağır zəhərlənmə ilə Füzuli rayonundan Bakı şəhərinə gətirilmişdilər. Kliniki Tibbi Mərkəzə çatdırılan hər iki xəstəyə dərhal tibbi müdaxilə olunmasına baxmayaraq, həmin günü gecə saatlarında Ricay Mirzəyev dünyasını dəyişmişdi. Yeniyetmənin isə vəziyyəti olduqca ağır idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0