Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

MN: Kəlbəcərdə döyüş növbətçiliyi yüksək səviyyədədir - VİDEO

© AR Ministry of DefenceKəlbəcərdə döyüş növbətçiliyi və hərtərəfli təminat yüksək səviyyədədir
Kəlbəcərdə döyüş növbətçiliyi və hərtərəfli təminat yüksək səviyyədədir  - Sputnik Azərbaycan, 1920, 18.04.2022
Abunə olmaq
Müdafiə Nazirliyi Kəlbəcərdə növbə çəkən hərbçilərimiz barədə video yayıb.
BAKI, 18 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad olunmuş ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Xəbərə görə, şəxsi heyətin sərt iqlim şəraitində, çətin relyefli ərazilərdə nümunəvi xidmət etməsi, döyüş qabiliyyətinin və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə bütün zəruri tədbirlər görülür.
Hərbi qulluqçularımız təzə və yüksək kalorili qida, eləcə də digər təminat növləri ilə tam təmin edilib.
Azad olunmuş ərazilərdə dislokasiya olan bölmələrin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirilən kompleks tədbirlər davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Fövqəladə Hallar Nazirliyinin pirotexniklərdən ibarət qrupu - Sputnik Azərbaycan, 1920, 16.04.2022
HƏRBİ
Müdafiə Nazirliyi Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat yayıb
Xəbər lenti
0