Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Müdafiə Nazirliyi Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat yayıb

© © Photo: The Ministry of Emergency Situations of the Republic of AzerbaijanFövqəladə Hallar Nazirliyinin pirotexniklərdən ibarət qrupu
Fövqəladə Hallar Nazirliyinin pirotexniklərdən ibarət qrupu - Sputnik Azərbaycan, 1920, 16.04.2022
Abunə olmaq
Vətən müharibəsinin gedişində işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi davam etdirilir.
BAKI, 16 aprel - Sputnik. Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat yayıb.
Nazirlikdən daxil olan məlumatda deyilir:
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir.
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir.
Azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində aprel ayının 1-dən 15-dək olan müddət ərzində 492 hektar ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 15000 hektardan artıq ərazi minalardan təmizlənib. Ümumilikdə 6095 ədəd piyada əleyhinə, 2172 ədəd tank əleyhinə və 9368 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Azad edilən ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0