Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

XİN Tunis yaxınlığında qəzaya uğrayan gəmidəki azərbaycanlılar barədə

© Sputnik / Murad OrudjevXİN Xarici İşlər Nazirliyi
XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 16.04.2022
Abunə olmaq
Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayan gəmi heyətinin azərbaycanlı üzvlərinə dair məlumat var.
BAKI, 16 aprel - Sputnik. 16 aprel 2022-ci il tarixində Ekvatorial Qvineya bayrağı altında üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb. Gəminin heyəti arasında 2 Azərbaycan vətəndaşı olub.
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Qeyd olunub ki, gəmi heyəti Tunis sərhəd gəmisi tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan vətəndaşları xəsarət almayıb. Hazırda vətəndaşlarımızın təxliyəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəzərdə gəmilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.04.2022
HADİSƏ
Səhhəti pisləşən gəmi kapitanının köməkçisi dənizdən təxliyə edilib
Xəbər lenti
0