https://sputnik.az/20220406/sehheti-pislesen-gemi-kapitaninin-komekcisi-denizden-texliye-edilib-440852745.html
Səhhəti pisləşən gəmi kapitanının köməkçisi dənizdən təxliyə edilib
Səhhəti pisləşən gəmi kapitanının köməkçisi dənizdən təxliyə edilib
Sputnik Azərbaycan
Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir 06.04.2022, Sputnik Azərbaycan
2022-04-06T19:37+0400
2022-04-06T19:37+0400
2022-04-06T19:53+0400
gəmi
hadisə
xəzər dənizi
dsx
https://cdnn1.img.sputnik.az/img/42307/86/423078688_185:620:2499:1922_1920x0_80_0_0_9197964950b87a4121e12e6e64cd16c9.jpg
BAKI, 6 aprel — Sputnik. Azərbaycanın dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a bildiriblər ki, 6 aprel tarixində saat 00:20 radələrində Dövlət Dəniz və Liman Agentliyinin növbətçi operatoru və Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Lənkəran reydindən Salyan reydi istiqamətində hərəkətdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Əlif Hacıyev" elmi-tədqiqat gəmisinin kapitanının 3-cü köməkçisi 1992-ci il təvəllüdlü Hüseynov Ramazan Seyfi oğlunun səhhətinin qəflətən pisləşməsi barədə məlumat daxil olub.Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində "Astara" reydində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinin itisürətli qayığı tərəfindən Salyan şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimi qeyd olunan əraziyə çatdırılıb.İlkin tibbi yardımın göstərilməsindən sonra qeyd olunan şəxsin həkim nəzarəti altında DSX Sahil Mühafizəsinin gəmisinə keçirilməsi və sahilə təxliyəsi təmin olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42307/86/423078688_337:548:2274:2000_1920x0_80_0_0_821b62f6c71d315fe1985f8bd7a0d45d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
gəmi, xəzər dənizi, dsx
Səhhəti pisləşən gəmi kapitanının köməkçisi dənizdən təxliyə edilib
19:37 06.04.2022 (Yenilənib: 19:53 06.04.2022) Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir
BAKI, 6 aprel — Sputnik. Azərbaycanın dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a bildiriblər ki, 6 aprel tarixində saat 00:20 radələrində Dövlət Dəniz və Liman Agentliyinin növbətçi operatoru və Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Lənkəran reydindən Salyan reydi istiqamətində hərəkətdə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Əlif Hacıyev" elmi-tədqiqat gəmisinin kapitanının 3-cü köməkçisi 1992-ci il təvəllüdlü Hüseynov Ramazan Seyfi oğlunun səhhətinin qəflətən pisləşməsi barədə məlumat daxil olub.
Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində "Astara" reydində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinin itisürətli qayığı tərəfindən Salyan şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimi qeyd olunan əraziyə çatdırılıb.
İlkin tibbi yardımın göstərilməsindən sonra qeyd olunan şəxsin həkim nəzarəti altında DSX Sahil Mühafizəsinin gəmisinə keçirilməsi və sahilə təxliyəsi təmin olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.