https://sputnik.az/20220415/parlamentde-ermenistanla-elaqelere-dair-komissiyanin-yaradilmasi-teklif-olunub-441131267.html
Parlamentdə Ermənistanla əlaqələrə dair komissiyanın yaradılması təklif olunub
Parlamentdə Ermənistanla əlaqələrə dair komissiyanın yaradılması təklif olunub
Sputnik Azərbaycan
Azərbaycanlı deputat Ermənistan parlamenti ilə işləri gücləndirməyə çağırıb. 15.04.2022, Sputnik Azərbaycan
2022-04-15T12:08+0400
2022-04-15T12:08+0400
2022-04-15T12:10+0400
siyasət
fazil mustafa
atət
ermənistan
komissiya
https://cdnn1.img.sputnik.az/img/41702/17/417021741_0:0:2000:1125_1920x0_80_0_0_21fefa9622eca123db33f32bff3eb69f.jpg
BAKI, 15 aprel — Sputnik. Azərbaycan Milli Məclisində Ermənistanla əlaqələrə dair komissiyanın yaradılması təklif olunub. Bu təkliflə millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxış edib.Deputat bildirib ki, Azərbaycan bundan istifadə etməlidir. Ermənistan parlamenti ilə işimizi gücləndirməliyik. Parlamentdə bu istiqamətdə komissiyanın yaradılmasına ehtiyac var, biz yeni təşəbbüs irəli sürməliyik.Deputat onu da bildirib ki, Azərbaycan MDB məkanında Ermənistanla 5 platformada birlikdə çıxış edir. O hesab edir ki, QHT-lər üzərindən də bu sahədə qadağa götürülməlidir. Yerli QHT-lər Ermənistan QHT-ləri ilə layihələri artırmalı, cəmiyyətə təkliflər çatdırmalıdır:Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Ermənistan Azərbaycanın təqdim etdiyi 5 prinsipi qəbul edir. Beləliklə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. Rusiya Yerevan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməkdə qərarlıdırCənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrin olmasına yol vermir və regionda uzunmüddətli sülhün bərpası üçün növbəti ardıcıl addımların atılmasını tələb edir. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib."Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Bakının təklif etdiyi əsas prinsiplər və Yerevanın onlara reaksiyası sülh müqaviləsi üzrə danışıqların başlanması üçün əsas rolunu oynamağa hesablanıb", - Rusiya XİN sözçüsü bildirib. Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.Xatırladaq ki, 2021-ci ilin iyul ayında Moskva ATƏT-in Minsk Qrupunda rusiyalı həmsədrini dəyişərək, İqor Popovu diplomat İqor Xovayevlə əvəz etmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220415/milli-meclisin-iclasi-baslayir-441128643.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41702/17/417021741_227:0:2000:1330_1920x0_80_0_0_fb1230fef931b5bcffce4ac9a09925e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
fazil mustafa, atət, ermənistan, komissiya
fazil mustafa, atət, ermənistan, komissiya
Parlamentdə Ermənistanla əlaqələrə dair komissiyanın yaradılması təklif olunub
12:08 15.04.2022 (Yenilənib: 12:10 15.04.2022) Azərbaycanlı deputat Ermənistan parlamenti ilə işləri gücləndirməyə çağırıb.
BAKI, 15 aprel — Sputnik. Azərbaycan Milli Məclisində Ermənistanla əlaqələrə dair komissiyanın yaradılması təklif olunub. Bu təkliflə millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxış edib.
Deputat bildirib ki, Azərbaycan bundan istifadə etməlidir. Ermənistan parlamenti ilə işimizi gücləndirməliyik. Parlamentdə bu istiqamətdə komissiyanın yaradılmasına ehtiyac var, biz yeni təşəbbüs irəli sürməliyik.
Deputat onu da bildirib ki, Azərbaycan MDB məkanında Ermənistanla 5 platformada birlikdə çıxış edir. O hesab edir ki, QHT-lər üzərindən də bu sahədə qadağa götürülməlidir. Yerli QHT-lər Ermənistan QHT-ləri ilə layihələri artırmalı, cəmiyyətə təkliflər çatdırmalıdır:
"Ermənistan cəmiyyəti ilə vasitəçilər olmadan işləməyə başlamalıyıq. Artıq özləri də etiraf edirlər ki, Azərbaycanla sülh müqaviləsi imzalanmasa, Ermənistan inkişaf edə bilməz”, - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Ermənistan Azərbaycanın təqdim etdiyi 5 prinsipi qəbul edir. Beləliklə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul edir.
Rusiya Yerevan və Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməkdə qərarlıdır
Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrin olmasına yol vermir və regionda uzunmüddətli sülhün bərpası üçün növbəti ardıcıl addımların atılmasını tələb edir. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması üçün Bakının təklif etdiyi əsas prinsiplər və Yerevanın onlara reaksiyası sülh müqaviləsi üzrə danışıqların başlanması üçün əsas rolunu oynamağa hesablanıb", - Rusiya XİN sözçüsü bildirib.
Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.
Xatırladaq ki, 2021-ci ilin iyul ayında Moskva ATƏT-in Minsk Qrupunda rusiyalı həmsədrini dəyişərək, İqor Popovu diplomat İqor Xovayevlə əvəz etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.