CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin iclası başlayır

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Abunə olmaq
İclasda 14 məsələ müzakirəyə çıxarılacaq. Bir sıra məcəllələrə, qanunlara dəyişikliklər ediləcək.
BAKI, 15 aprel — Sputnik. Milli Məclisin iclası keçirilir. İclasın gündəliyində 14 məsələ var.
İlk öncə "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" parlamentin qərarında dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılacaq.
"Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları təsdiq ediləcək.
"Lisenziyalar və icazələr haqqında", "Dövlət rüsumu haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Antiinhisar fəaliyyəti haqqında", "Yeyinti məhsulları haqqında", "Dövlət sirri haqqında", Daşınmaz əmlakın dövlət reyestri haqqında” və digər qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.
Cinayət, İnzibati Xətalar, Cinayət Prosessual məcəllələrində dəyişikliklərə baxılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Şuşada qədim qala divarları - Sputnik Azərbaycan, 1920, 14.04.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Milli Məclisin Şuşa iclasının vaxtı bəlli oldu
Xəbər lenti
0