DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan XİN-dən Türkiyəyə təklif: Ankara qəbul edəcəkmi?

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidYerevan
Yerevan - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Abunə olmaq
Vaan Unanyan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun cəsarətli addımların atılmasının zəruriliyi ilə bağlı açıqlamasına ölkəsinin təklifi ilə qarşılıq verib.
BAKI, 15 aprel — Sputnik. Erməni tərəfi Türkiyəyə təklif edib ki, ilkin mərhələdə diplomatik pasportu olan şəxslər üçün quru sərhədi açılsın. Bunu "Armenpress" agentliyinə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan Türkiyə XİN rəhbərinin cəsarətli addımların atılmasının zəruriliyi ilə bağlı bəyanatını şərh edərkən deyib.
"Ermənistan tərəfi cəsarətli addımların atılmasının zəruriliyi ilə tam razıdır. Biz dəfələrlə irəliləməyə hazır olduğumuzu xarici işlər nazirinin Antalya Diplomatik Forumunda iştirakı, iqtisadi embarqodan imtina ilə nümayiş etdirmişik. Həmçinin Ermənistan və Türkiyə arasında uçuşların bərpası mühüm ikitərəfli addım idi. Biz əminik ki, irəliyə doğru yeganə yol ardıcıl aydın addımların atılmasından keçir. Biz Türkiyə tərəfinə ilkin mərhələdə diplomatik pasportu olan şəxslər üçün quru sərhədinin açılmasını təklif etmişdik, lakin Türkiyə tərəf hələ də bunu gecikdirir. Biz hesab edirik ki, bu, kiçik, lakin konkret və ən əsası, məntiqli addım olacaq", - Vaan Unanyan bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin münasibətlərin normallaşdırılması üzrə növbəti görüşü Vyanada baş tuta bilər.
"Tərəflər növbəti görüşün Vyanada keçirilə biləcəyi ilə bağlı ilkin razılığa gəliblər. Görüşün yeri və tarixi təsdiqləndikdən sonra bu barədə ictimaiyyətə məlumat verəcəyik", - o deyib.
Türkiyənin xarici işlər naziri Çavuşoğlunun xüsusi nümayəndələrin görüşlərinin Ermənistanda və Türkiyədə keçirmək istəyi ilə bağlı bəyanatını şərh edən Unanyan bildirib ki, belə bir təklif Ankara üçün də prosesin ikitərəfli xarakter daşıdığından xəbər verir.
"Bu baxımdan Türkiyə rəsmilərinin az qala hər həftə Azərbaycanla koordinasiyada prosesi irəli sürdükləri barədə bəyanatlar verməməsi məntiqli olardı", - Unanyan bildirib.
Xatırladaq ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələri - Ruben Rubinyan və Serdar Kılıçın birinci görüşü yanvarın 14-də Moskvada, ikinci görüşü isə fevralın 24-də Vyanada baş tutub. Diplomatlar təsdiqləyiblər ki, danışıqların yekun məqsədi iki ölkə arasında münasibətlərin tam normallaşmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Fazil Mustafa - Sputnik Azərbaycan, 1920, 15.04.2022
SİYASƏT
Parlamentdə Ermənistanla əlaqələrə dair komissiyanın yaradılması təklif olunub
Xəbər lenti
0