Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda "Formula-1"ə hazırlıq çərçivəsində tikinti işlərinə start verilib

© AFP 2023 / ANDREJ ISAKOVICFormula-1
Formula-1 - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Abunə olmaq
Tikinti-quraşdırma işlərinə artıq Xəqani və Bülbül küçələrindən başlanılıb. Hazırda Azneft dairəsində də bu məqsədlə quraşdırma işləri aparılır.
BAKI, 15 aprel — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ölkəmizdə keçiriləcək 2022 "Formula-1" Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma işlərinə start verib. Bu barədə məlumatı apasport.az saytına yarışın təşkilatçıları veriblər.
Bildirilib ki, Qran-pri zamanı vətəndaşların və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə olunan beton blokların quraşdırılması gecə saatlarında həyata keçirilir. Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayıb və bütün yarış trekini əhatə edəcək.
Ötən ildən fərqli, builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılıb.
Bu gündən etibarən Paddok ərazisinin infrastruktur-quraşdırma işlərinə də start verilir. Şəhərin qeyd olunan hissələrində görüləcək olan işləri nəzərə alaraq vətəndaşlardan avtomobili idarə edərkən daha diqqətli olmaları xahiş olunub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 10-12-də olacaq.
Xatırladaq ki, Melburn şəhərindəki "Albert Park"da keçirilən Formula 1 Avstraliya Qran-Prisinin qalibi müəyyənləşib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda "Ferrari"nin pilotu Şarl Lekler birinci olub. "Red Bull"un meksikalı pilotu Serxio Peres yarışı ikinci, "Mercedes"in britaniyalı sürücüsü Corc Rassel isə üçüncü pillədə başa vurublar. Ş.Lekler karyerasında ilk dəfə "Böyük dəbilqə"yə sahib olub. Belə ki, monakolu pilot yarışa pouldan start verib və yürüşə startdan sonadək liderlik edib.
Ş.Lekler, həmçinin Avstraliya Qran-Prisində ən yaxşı dövrənin sahibidir və o, mövsümdə ikinci qələbəsini qazanıb. C.Rassel "Mercedes"in heyətində ilk dəfə podiuma qalxıb. Pilotların sıralamasına 71 xalla Ş.Lekler başçılıq edir. C.Rassel 37 xalla ikinci, S.Peres isə 33 xalla üçüncü pillədə yer alır. Növbəti yarış iki həftə sonra İtaliyada təşkil olunacaq. İmolada keçiriləcək yürüşdən əvvəl sprint yarışı baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0