Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yevlaxda çiyid səpini başlanıb - Bərəkətli olsun!

© Sputnik / Ilham AhmadovQəbələdə şumlama və səpin işləri
Qəbələdə şumlama və səpin işləri - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Abunə olmaq
Ötən il Yevlaxda hər hektardan 30 sentnerdən çox "ağ qızıl" qığılıb.
BAKI, 14 aprel - Sputnik. Yevlax rayonunun pambıqçıları çiyid səpininə başlayıblar. Azərtac-ın xəbərinə görə, bu ilin pambıq mövsümü üçün Yevlax rayonunda 2659,13 hektarda çiyid səpilməsi nəzərdə tutulub.
Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC tərəfindən 200 istehsalçı və “P-Aqro” MMC tərəfindən isə 118 istehsalçı ilə müqavilə bağlanılıb.
Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımı texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
Rayonda səpinə 16 səpin aqreqatı cəlb olunub və səpin işlərinin 10-15 gün müddətinə başa çatdırılacağı planlaşdırılır.
Qeyd edək ki, 2021-ci ildə Yevlax rayonunda 2327,6 hektar sahədə pambıq becərilib və hər hektardan 31,48 sentner olmaqla, 7326,3 ton məhsul tədarük edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Pambıq yığımı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.04.2022
İQTİSADİYYAT
"Ağ qızıl"ın hər tonuna 170 manat subsidiya veriləcək
Xəbər lenti
0