https://sputnik.az/20220414/sehid-aileleri-qaziler-ucun-daha-uc-vahid-elaqelendirme-merkezi-yaradilacaq-441067037.html
Şəhid ailələri, qazilər üçün daha üç vahid əlaqələndirmə mərkəzi yaradılacaq
Şəhid ailələri, qazilər üçün daha üç vahid əlaqələndirmə mərkəzi yaradılacaq
Sputnik Azərbaycan
Bu kateqoriyadan olan vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. xidmətlər vahid məkandan... 14.04.2022, Sputnik Azərbaycan
2022-04-14T07:31+0400
2022-04-14T07:31+0400
2022-04-14T07:31+0400
şəhid
cəmiyyət
ailə
xidmət
məşğulluq
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1f/440661548_0:184:960:724_1920x0_80_0_0_75c08b31406c77a49dad4132daa1af8a.jpg
BAKI, 14 aprel — Sputnik. Bakı şəhəri və 33 rayonumuz vahid əlaqələndirmə mərkəzi ilə əhatə olunub. Yaxın iki ay ərzində 15 rayonu birləşdirən daha üç mərkəz də yaradılacaq.Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirib.Nazir məlumat verib ki, ötən 6 ayda bu mərkəzlərdə 26 min vətəndaşımız - şəhid ailəsi üzvü, müharibə əlili qəbul edilib. Onlara 26 xidmət mərkəzləşdirilərək bu çərçivədə təqdim olunur.Qeyd edək ki, vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılıb. Məqsədi şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlərin "bir pəncərə"dən, operativ və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsidir.Vahid əlaqələndirmə mərkəzləri şəbəkəsinin ölkəmizin bölgələri üzrə genişləndirilməsi istiqamətində işlər davam edir.Mərkəzlərə müraciətlərin qurumlar üzrə bölgüsü:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220413/mecburi-kockunler-ucun-tikilmis-binalarda-menziller-nece-ve-neceye-satilacaq---resmi-441075771.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1f/440661548_0:106:960:826_1920x0_80_0_0_c7f0842f1da073de29709893666e8a94.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
şəhid, ailə, xidmət, məşğulluq
şəhid, ailə, xidmət, məşğulluq
Şəhid ailələri, qazilər üçün daha üç vahid əlaqələndirmə mərkəzi yaradılacaq
Bu kateqoriyadan olan vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. xidmətlər vahid məkandan, operativ təqdim edilir.
BAKI, 14 aprel — Sputnik. Bakı şəhəri və 33 rayonumuz vahid əlaqələndirmə mərkəzi ilə əhatə olunub. Yaxın iki ay ərzində 15 rayonu birləşdirən daha üç mərkəz də yaradılacaq.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirib.
Nazir məlumat verib ki, ötən 6 ayda bu mərkəzlərdə 26 min vətəndaşımız - şəhid ailəsi üzvü, müharibə əlili qəbul edilib. Onlara 26 xidmət mərkəzləşdirilərək bu çərçivədə təqdim olunur.
Qeyd edək ki, vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılıb. Məqsədi şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlərin "bir pəncərə"dən, operativ və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsidir.
Vahid əlaqələndirmə mərkəzləri şəbəkəsinin ölkəmizin bölgələri üzrə genişləndirilməsi istiqamətində işlər davam edir.
Mərkəzlərə müraciətlərin qurumlar üzrə bölgüsü:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 12377 müraciət;
Müdafiə Nazirliyi üzrə 10125 müraciət;
Səhiyyə Nazirliyi üzrə 396 müraciət;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 554 müraciət;
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 254 müraciət;
Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 1389 müraciət;
Yerli İcra Hakimiyyətləri üzrə 525 müraciət.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.