https://sputnik.az/20220414/goycayda-piyada-kecidleri-ile-bagli-problemin-helline-baslanib-441026763.html
Göyçayda piyada keçidləri ilə bağlı problemin həllinə başlanıb
Göyçayda piyada keçidləri ilə bağlı problemin həllinə başlanıb
Sputnik Azərbaycan
Sputnik Azərbaycan-ın hazırladğını reportajdan sonra Göyçayda piyada zolaqları ilə bağlı problem həllini tapıb. 14.04.2022, Sputnik Azərbaycan
2022-04-14T09:01+0400
2022-04-14T09:01+0400
2022-04-14T09:01+0400
azərbaycan
cəmiyyət
göyçay
yol
zolaq
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441074543_365:0:3636:1840_1920x0_80_0_0_c42c7112be161c1090adcc8f1d0954ff.jpg
BAKI, 14 aprel - Sputnik. Göyçayda sürücü və piyadaların narahatlığına səbəb olan piyada keçid zolaqları rənglənir.Hazırda piyada zolaqlarının rənglənməsi şəhərin əsas küçə və prospektlərində həyata keçirilir.Bu istiqamətdə işlər yekunlaşdıqdan sonra şəhərin digər istiqamətlərində olan piyada keçid zolaqları, eyni zamanda yolun hərəkət zolağında olan xətlər də yenilənəcək.Xatırladaq ki, Sputnik Azərbaycan aprelin 11-də Göyçayda piyada keçid zolaqlarında olan rənglərin silinməsi nəticəsində sürücü və piyadaların çətin duruma düşməsi ilə bağlı reportaj hazırlayaraq dərc etmişdi.Yazıda qeyd olunurdu ki, bir çox ərazilərdə piyada zolaqlarının silinməsi, bəzən aylarla yenilənməməsi sürücü və piyadaların ölümünə, ən yaxşı halda maddi zərərə düşməsinə səbəb olur. Hər gün yolu piyada keçməyə məcbur olan 11-ci sinif şagirdi Samrat İbadov demişdi ki, onun kimi bir çox məktəblilər avtomobil yolunun bir tərəfindən digər hissəsinə keçənə qədər təhlükə ilə üz-üzə qalırlar.Şəhər ərazisində piyada zolaqlarının silinməsini sakinlərin həyatı üçün təhlükə sayan Hacı Ağakişiyev isə qeyd edib ki, nişanlar, nişanlanma xətləri həmişə sürücülər üçün görünən olmalıdır. Hərəkət iştirakçıları istənilən hava şəriatində, gecə və gündüz saatlarında yolu lazımı məsafədən rahat şəkildə görməlidirlər.Göyçay rayon sakini sürücü Saxavət Qafarov küçə və prospektlərdəki piyada keçid xətlərinin olmamasından təngə gəldiyini demişdi. O bildirmişdi ki, gündüz saatlarında piyadalara yol versələr də, gecə onları görə bilmirlər.Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi, polis polkovniki Mübariz Ağayev Göyçaydakı mövcüd vəziyyətdən xəbərdar olduqlarını, yaxın vaxtlarda problemin aradan qaldırılacağını demişdi.
https://sputnik.az/20220411/goycayda-piyada-kecidinin-ne-oldugunu-bilmirler-havalar-duzelende-bilecekler--440954176.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441074543_774:0:3227:1840_1920x0_80_0_0_f63ca25fa44cdd61feb935aef000d9dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, göyçay, yol, zolaq
azərbaycan, göyçay, yol, zolaq
Göyçayda piyada keçidləri ilə bağlı problemin həllinə başlanıb
Sputnik Azərbaycan-ın hazırladğını reportajdan sonra Göyçayda piyada zolaqları ilə bağlı problem həllini tapıb.
BAKI, 14 aprel - Sputnik. Göyçayda sürücü və piyadaların narahatlığına səbəb olan piyada keçid zolaqları rənglənir.
Hazırda piyada zolaqlarının rənglənməsi şəhərin əsas küçə və prospektlərində həyata keçirilir.Bu istiqamətdə işlər yekunlaşdıqdan sonra şəhərin digər istiqamətlərində olan piyada keçid zolaqları, eyni zamanda yolun hərəkət zolağında olan xətlər də yenilənəcək.
Xatırladaq ki, Sputnik Azərbaycan aprelin 11-də Göyçayda piyada keçid zolaqlarında olan rənglərin silinməsi nəticəsində sürücü və piyadaların çətin duruma düşməsi ilə bağlı
reportaj hazırlayaraq dərc etmişdi.
Yazıda qeyd olunurdu ki, bir çox ərazilərdə piyada zolaqlarının silinməsi, bəzən aylarla yenilənməməsi sürücü və piyadaların ölümünə, ən yaxşı halda maddi zərərə düşməsinə səbəb olur.
Hər gün yolu piyada keçməyə məcbur olan 11-ci sinif şagirdi Samrat İbadov demişdi ki, onun kimi bir çox məktəblilər avtomobil yolunun bir tərəfindən digər hissəsinə keçənə qədər təhlükə ilə üz-üzə qalırlar.
Şəhər ərazisində piyada zolaqlarının silinməsini sakinlərin həyatı üçün təhlükə sayan Hacı Ağakişiyev isə qeyd edib ki, nişanlar, nişanlanma xətləri həmişə sürücülər üçün görünən olmalıdır. Hərəkət iştirakçıları istənilən hava şəriatində, gecə və gündüz saatlarında yolu lazımı məsafədən rahat şəkildə görməlidirlər.
Göyçay rayon sakini sürücü Saxavət Qafarov küçə və prospektlərdəki piyada keçid xətlərinin olmamasından təngə gəldiyini demişdi. O bildirmişdi ki, gündüz saatlarında piyadalara yol versələr də, gecə onları görə bilmirlər.
Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi, polis polkovniki Mübariz Ağayev Göyçaydakı mövcüd vəziyyətdən xəbərdar olduqlarını, yaxın vaxtlarda problemin aradan qaldırılacağını demişdi.