CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı nazir daha bir vəzifəyə təyin olundu

© Sputnik / Murad OrujovМероприятие в рамках деловой миссий российских компаний под эгидой АО "РОСЭКСИМБАНК" в Баку
Мероприятие в рамках деловой миссий российских компаний под эгидой АО РОСЭКСИМБАНК в Баку - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Abunə olmaq
Komissiya idmançıların yüksək performans nümayiş etdirməsi üçün onların xeyrinə müasir texnologiyalar, onların tətbiqi və icrası ilə məşğul olacaq.
BAKI, 14 aprel — Sputnik. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yeni vəzifəyə təyin olunub. Azərbaycan Cüdo Federasiyasının prezidenti olan R.Nəbiyev Beynəlxalq Cüdo Federasiyasının nəzdində yaradılmış Yeni Texnologiyalar və Yüksək Məhsuldarlıq Komissiyasının sədri olub.
Komissiya idmançıların yüksək performans nümayiş etdirməsi üçün onların xeyrinə müasir texnologiyalar, onların tətbiqi və icrası ilə məşğul olacaq.
Bu komissiyanın direktoru isə gürcüstanlı idmançı, məşqçi və menecer kimi cüdoda böyük təcrübəyə malik David Kevxişvili təyin edilib.
Yeni komissiyanın həm sədri, həm də direktoru cüdonu təbliğ etməyə, bu idmanın inkişafına kömək etməyə və onu idmançıların şəxsi inkişafı, eləcə də cəmiyyətin xeyrinə müasir bir vasitə kimi inteqrasiya etməyə çalışacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Cüdo  - Sputnik Azərbaycan, 1920, 06.01.2022
İDMAN
Cüdo üzrə Azərbaycan yığmalarının yeni məşqçilər heyəti açıqlanıb - SİYAHI
Xəbər lenti
0