https://sputnik.az/20220414/azerbaycanda-pcr-testi-telebi-legv-olundu-441094427.html
Azərbaycanda PCR testi tələbi ləğv olundu
Azərbaycanda PCR testi tələbi ləğv olundu
Sputnik Azərbaycan
Artıq Azərbaycana gələn şəxslərdən ölkəyə girişdə COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb edilməyəcək. 14.04.2022, Sputnik Azərbaycan
2022-04-14T13:14+0400
2022-04-14T13:14+0400
2022-04-14T13:18+0400
səhiyyə
təbib
covid-19
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441075644_0:160:3073:1888_1920x0_80_0_0_b0e5c11a8614e79c1be8cd80af85e980.jpg
BAKI, 14 aprel — Sputnik. Azərbaycana giriş üçün COVID-19-a dair PCR testini təqdim etmək tələbi ləğv olunub. Sputnik Azərbaycan-a bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən:- Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;- Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.Qeyd edək ki, indiyədək yaşı 18-dən yuxarı olan şəxslər uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testin mənfi nəticəsini təsdiq edən arayışı, həmçinin tam peyvəndləmə və ya COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədi (sertifikat) təqdim etməli idilər. Sertifikatda onun həqiqiliyini təsdiq edən elektron təsdiqləmə atributları (məsələn, QR-kod) olmalıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220407/azerbaycan-xestexanalarinda-covid-19-a-gore-mualice-alan-ne-qeder-xeste-var--440892866.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441075644_170:0:2901:2048_1920x0_80_0_0_2c31bb3e5623a2fb7639b110cef9b2db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
təbib, covid-19, azərbaycan
təbib, covid-19, azərbaycan
Azərbaycanda PCR testi tələbi ləğv olundu
13:14 14.04.2022 (Yenilənib: 13:18 14.04.2022) Artıq Azərbaycana gələn şəxslərdən ölkəyə girişdə COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb edilməyəcək.
BAKI, 14 aprel — Sputnik. Azərbaycana giriş üçün COVID-19-a dair PCR testini təqdim etmək tələbi ləğv olunub. Sputnik Azərbaycan-a bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən:
- Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;
- Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.
Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.
Qeyd edək ki, indiyədək yaşı 18-dən yuxarı olan şəxslər uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testin mənfi nəticəsini təsdiq edən arayışı, həmçinin tam peyvəndləmə və ya COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədi (sertifikat) təqdim etməli idilər. Sertifikatda onun həqiqiliyini təsdiq edən elektron təsdiqləmə atributları (məsələn, QR-kod) olmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.