https://sputnik.az/20220407/azerbaycan-xestexanalarinda-covid-19-a-gore-mualice-alan-ne-qeder-xeste-var--440892866.html
Azərbaycan xəstəxanalarında COVID-19-a görə müalicə alan nə qədər xəstə var?
Azərbaycan xəstəxanalarında COVID-19-a görə müalicə alan nə qədər xəstə var?
Sputnik Azərbaycan
TƏBİB İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun sözlərinə görə, hazırda xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayı azdır. 07.04.2022, Sputnik Azərbaycan
2022-04-07T14:42+0400
2022-04-07T14:42+0400
2022-04-07T14:42+0400
covid-19
səhiyyə
koronavirus
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425779029_0:0:3072:1728_1920x0_80_0_0_4ab76e40e85ac3f8347660f29ab1a817.jpg
BAKI, 7 aprel — Sputnik. Aktiv koronaviruslu xəstələrdən 50 nəfərinin müalicəsi hazırda xəstəxana şəraitində davam edir. Onların vəziyyəti stabilləşməyə doğru gedir və qısa müddətdə evə buraxılacaqlar.Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayı azdır.Qeyd edək ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.7 saylı Uşaq Yoluxucu Xəstəxanası, FHN Modul, Quba Rayon Mərkəzi Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Gəncə Modul, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Pandemiya tibb müəssisəsi kimi fəaliyyəti dayandırılıb.Masallı Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti isə qismən davam edir. Eyni zamanda, qəbulu planlaşdırılan COVID xəstələrinin müvafiq ərazi üzrə digər müəssisələrə yönləndirilməsi təşkil edilir. Belə ki, hazırda 46 pandemiya tibb müəssisəsindən yalnız 7-si öz fəaliyyətini dayandırmayıb.Bakı/Abşeron bölgəsi üzrə 4 tibb müəssisəsi - Yeni Klinika, Mərkəzi Gömrük Xəstəxanası, Məhəmmədli modul, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETACXİ), qərb bölgəsi üzrə 2 tibb müəssisəsi - Ağdaş Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Kür Qəsəbə Xəstəxanası, cənub bölgəsi üzrə 1 tibb müəssisəsi - Masallı Rayon Mərkəzi Xəstəxanası Fəaliyyətini qismən davam etdirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/15/425779029_267:0:2998:2048_1920x0_80_0_0_b5898d931da7d1b921ccbb07e5abd80b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
covid-19, koronavirus
Azərbaycan xəstəxanalarında COVID-19-a görə müalicə alan nə qədər xəstə var?
TƏBİB İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun sözlərinə görə, hazırda xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayı azdır.
BAKI, 7 aprel — Sputnik. Aktiv koronaviruslu xəstələrdən 50 nəfərinin müalicəsi hazırda xəstəxana şəraitində davam edir. Onların vəziyyəti stabilləşməyə doğru gedir və qısa müddətdə evə buraxılacaqlar.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayı azdır.
Qeyd edək ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.
Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.
7 saylı Uşaq Yoluxucu Xəstəxanası, FHN Modul, Quba Rayon Mərkəzi Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Gəncə Modul, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Pandemiya tibb müəssisəsi kimi fəaliyyəti dayandırılıb.
Masallı Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti isə qismən davam edir. Eyni zamanda, qəbulu planlaşdırılan COVID xəstələrinin müvafiq ərazi üzrə digər müəssisələrə yönləndirilməsi təşkil edilir. Belə ki, hazırda 46 pandemiya tibb müəssisəsindən yalnız 7-si öz fəaliyyətini dayandırmayıb.
Bakı/Abşeron bölgəsi üzrə 4 tibb müəssisəsi - Yeni Klinika, Mərkəzi Gömrük Xəstəxanası, Məhəmmədli modul, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETACXİ), qərb bölgəsi üzrə 2 tibb müəssisəsi - Ağdaş Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Kür Qəsəbə Xəstəxanası, cənub bölgəsi üzrə 1 tibb müəssisəsi - Masallı Rayon Mərkəzi Xəstəxanası Fəaliyyətini qismən davam etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.