https://sputnik.az/20220413/putin-sanksiyalara-gore-layihelerin-icrasini-texire-sala-bilmerik--441068924.html
Putin: Sanksiyalara görə layihələrin icrasını təxirə sala bilmərik
Putin: Sanksiyalara görə layihələrin icrasını təxirə sala bilmərik
Sputnik Azərbaycan
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Arktika zonasında layihələrin həyata keçirilməsi sanksiyaların təzyiqinə görə təxirə salına bilməz. 13.04.2022, Sputnik Azərbaycan
2022-04-13T15:36+0400
2022-04-13T15:36+0400
2022-04-13T17:26+0400
putin
rusiya
ukrayna
müdafiə nazirliyi
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/02/16/439474392_0:0:3073:1728_1920x0_80_0_0_a00cc3e508a33933dc8cd291a1a6ad95.jpg
BAKI, 13 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Arktikanın inkişafı üzrə müşavirə keçirib.Dövlət başçısı müşavirədə bildirib ki, Qərb ölkələrinin normal əməkdaşlıqdan imtinası, energetika sahəsində Avropa və ABŞ-a zərbə vurub, orada inflyasiya kəllə-çarxa çıxıb:"Rusiya neft, qaz və kömürün daxili bazarda istehlakını və dünyanın digər bölgələrinə tədarükünü artıra bilər".Rusiya Prezidenti qeyd edib ki, bəzi xarici şirkətlər müqavilə öhdəliklərini yerinə yetirmirlər:"Əlbəttə, indiki şəraitdə bu, bizim üçün müəyyən çətinliklər yaradır, lakin bizim resurslarımız və imkanlarımız var ki, alternativ həll yollarını tez tapaq və uzunmüddətli perspektivdə xarici amillərdən asılılığımızı daha da azaldaq. Arktikanı lazım olan hər şeylə təchiz etmək üçün işi başqa cür qurmağa imkanlar var".Putin əlavə edib ki, Arktika zonasında layihələrin həyata keçirilməsi sanksiyaların təzyiqinə görə təxirə salına bilməz, əksinə, onların icra sürətini artırmaq lazımdır.Ukraynada nə baş verirXatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/16/439474392_155:0:2886:2048_1920x0_80_0_0_a84b6401748351e28cf9749781c7069d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, ukrayna, müdafiə nazirliyi, rusiya prezidenti vladimir putin, vladimir putin
putin, ukrayna, müdafiə nazirliyi, rusiya prezidenti vladimir putin, vladimir putin
Putin: Sanksiyalara görə layihələrin icrasını təxirə sala bilmərik
15:36 13.04.2022 (Yenilənib: 17:26 13.04.2022) Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Arktika zonasında layihələrin həyata keçirilməsi sanksiyaların təzyiqinə görə təxirə salına bilməz.
BAKI, 13 aprel — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Arktikanın inkişafı üzrə müşavirə keçirib.
Dövlət başçısı müşavirədə bildirib ki, Qərb ölkələrinin normal əməkdaşlıqdan imtinası, energetika sahəsində Avropa və ABŞ-a zərbə vurub, orada inflyasiya kəllə-çarxa çıxıb:
"Rusiya neft, qaz və kömürün daxili bazarda istehlakını və dünyanın digər bölgələrinə tədarükünü artıra bilər".
Rusiya Prezidenti qeyd edib ki, bəzi xarici şirkətlər müqavilə öhdəliklərini yerinə yetirmirlər:
"Əlbəttə, indiki şəraitdə bu, bizim üçün müəyyən çətinliklər yaradır, lakin bizim resurslarımız və imkanlarımız var ki, alternativ həll yollarını tez tapaq və uzunmüddətli perspektivdə xarici amillərdən asılılığımızı daha da azaldaq. Arktikanı lazım olan hər şeylə təchiz etmək üçün işi başqa cür qurmağa imkanlar var".
Putin əlavə edib ki, Arktika zonasında layihələrin həyata keçirilməsi sanksiyaların təzyiqinə görə təxirə salına bilməz, əksinə, onların icra sürətini artırmaq lazımdır.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.