https://sputnik.az/20220413/ranin-efqanistandaki-sefirliyi-qarsisinda--aksiya-kecirilib-441071338.html
İranın Əfqanıstandakı səfirliyi qarşısında aksiya keçirilib
İranın Əfqanıstandakı səfirliyi qarşısında aksiya keçirilib
Sputnik Azərbaycan
Bundan əvvəl İranın Əfqanıstandakı səfirliyinə və Herat şəhərindəki baş konsulluğuna hücumlar olub. 13.04.2022, Sputnik Azərbaycan
2022-04-13T20:09+0400
2022-04-13T20:09+0400
2022-04-13T20:09+0400
aksiya
dünya xəbərləri
əfqanıstan
iran
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441071305_0:161:3071:1888_1920x0_80_0_0_d97724b9173debf97ce97dbcfc366f14.jpg
BAKI, 13 aprel — Sputnik. İranın Əfqanıstandakı səfirliyi qarşısında kütləvi aksiya keçirilib. Aksiya iştirakçıları bildiriblər ki, İran və əfqan xalqları dost və qardaş xalqlardır.Bu barədə İranın “Press TV” kanalı məlumat verib. Məlumatda bildirilib ki, "Taliban" aksiyanın keçirilməsinə mane olmayıb.İranın Əfqanıstandakı səfiri Bahdur Əmini vurğulayıb ki, İran və əfqan xalqları qədim dövrlərdən dostluq ediblər. Əfqan ziyalılarının çoxu İranın ali məktəblərində təhsil alıb. Bu gün də iki dövlət arasında kəskin ziddiyyətli məqamlar yoxdur.Qeyd edək ki, aprelin 10-da İranın Əfqanıstandakı səfirliyinə və Herat şəhərindəki baş konsulluğuna hücumlar olub. Hücum edənlər diplomatik nümayəndəliyə məxsus binaların şüşələrini sındırıblar. Bununla əlaqədar, Əfqanıstanın İrandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub."Taliban" hökumətinin mədəniyyət və informasiya departamentinin rəhbəri Naim əl-Haqqanı səfirlik və konsulluğa edilən hücumları təxribat adlandırıb və nəzərə çatdırıb ki, bu təxribatın məqsədi İran ilə Əfqanıstan arasında münaqişə yaratmaqdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220403/talibler-olkede-xasxas-yetisdirmeyi-qadagan-edibler-440750698.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441071305_170:0:2901:2048_1920x0_80_0_0_09df49502e9fe5389629272f64f4e9b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
aksiya, əfqanıstan, iran
İranın Əfqanıstandakı səfirliyi qarşısında aksiya keçirilib
Bundan əvvəl İranın Əfqanıstandakı səfirliyinə və Herat şəhərindəki baş konsulluğuna hücumlar olub.
BAKI, 13 aprel — Sputnik. İranın Əfqanıstandakı səfirliyi qarşısında kütləvi aksiya keçirilib. Aksiya iştirakçıları bildiriblər ki, İran və əfqan xalqları dost və qardaş xalqlardır.
Bu barədə İranın “Press TV” kanalı məlumat verib. Məlumatda bildirilib ki, "Taliban" aksiyanın keçirilməsinə mane olmayıb.
İranın Əfqanıstandakı səfiri Bahdur Əmini vurğulayıb ki, İran və əfqan xalqları qədim dövrlərdən dostluq ediblər. Əfqan ziyalılarının çoxu İranın ali məktəblərində təhsil alıb. Bu gün də iki dövlət arasında kəskin ziddiyyətli məqamlar yoxdur.
Qeyd edək ki, aprelin 10-da İranın Əfqanıstandakı səfirliyinə və Herat şəhərindəki baş konsulluğuna hücumlar olub. Hücum edənlər diplomatik nümayəndəliyə məxsus binaların şüşələrini sındırıblar. Bununla əlaqədar, Əfqanıstanın İrandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.
"Taliban" hökumətinin mədəniyyət və informasiya departamentinin rəhbəri Naim əl-Haqqanı səfirlik və konsulluğa edilən hücumları təxribat adlandırıb və nəzərə çatdırıb ki, bu təxribatın məqsədi İran ilə Əfqanıstan arasında münaqişə yaratmaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.