https://sputnik.az/20220403/talibler-olkede-xasxas-yetisdirmeyi-qadagan-edibler-440750698.html
Taliblər ölkədə xaş-xaş yetişdirməyi qadağan ediblər
Taliblər ölkədə xaş-xaş yetişdirməyi qadağan ediblər
Sputnik Azərbaycan
Qanunu pozanların əkinləri məhv ediləcək və onlar özləri də “şəriət qanunlarına uyğun olaraq” tədbirlər görüləcək”. 03.04.2022, Sputnik Azərbaycan
2022-04-03T11:21+0400
2022-04-03T11:21+0400
2022-04-03T11:24+0400
dünya xəbərləri
əfqanıstan
tiryək
xaş-xaş
https://cdnn1.img.sputnik.az/img/07e6/04/03/440750650_0:1198:2047:2349_1920x0_80_0_0_23bf67628325d272f82dc06a03d16ca4.jpg
BAKI, 3 aprel - Sputnik. Taliban* hərəkatı Əfqanıstan vətəndaşlarına xaş-xaş yetişdirməyi qadağan edib, qanunu pozanlar “şəriət qanunlarına uyğun” tədbirlərlə üzləşəcəklər.“Əfqanıstan İslam Əmirliyinin ali rəhbərinin fərmanı ilə (“Taliban”ın istifadə etdiyi ölkənin adı – red.) bütün əfqanların nəzərinə çatdırırıq ki, bundan sonra bütün ölkə ərazisində xaşxaş əkilməsi qəti qadağandır”, - hərəkatın nümayəndəsi Bilal Kərimi açıqlama verib.Bundan əlavə, spirtli içkilərin, eləcə də bütün növ narkotik vasitələrin istehlakı, daşınması, ticarəti, ixracı və idxalı qadağandır.“Bu fərmanın icrası məcburidir. Qanunu pozanlar ədliyyə orqanları tərəfindən məsuliyyətə cəlb olunacaq və cəzalandırılacaqlar”, - deyə məlumatda bildirilir.Əfqanıstanın xaşxaş biznesiHazırda Əfqanıstanda narkomanların sayı 3,5 milyon nəfər və ya 39 milyon Əfqanıstan əhalisinin təxminən 9%-ni təşkil edir. BMT-nin məlumatına görə, 2020-ci ildə Əfqanıstanda qeyri-qanuni tiryək əkilməsi üçün istifadə olunan torpaq sahəsi əvvəlki illə müqayisədə 37% artıb. Bu, ölkədə qeydə alınan üçüncü ən yüksək göstəricidir. 2020-ci ilin sonunda dünya tiryək istehsalının 85%-i bu dövlətin payına düşüb."Şimal marşrutu" boyunca Əfqanıstan narkotiklərinin yayılmasına qarşı səddRusiya xarici işlər nazirinin müavini Oleq Syromolotov BMT-nin Narkotiklərlə Mübarizə Komissiyasının 65-ci sessiyasında bildirib ki, Moskva Əfqanıstanın maliyyə resurslarının bloklanması nəticəsində tiryək əkininin Əfqanıstan əhalisi üçün demək olar ki, yeganə gəlir mənbəyi olaraq qalmasından narahatlığını bildirib."Bizim ciddi narahatlığımız Əfqanıstandakı vəziyyətdir. Əfqanıstanın milli maliyyə resurslarının blokadaya salınması nəticəsində tiryək xaşxaşının becərilməsi və satışı əhalinin demək olar ki, yeganə gəlir mənbəyi olaraq qalır", - Rusiya Xarici İşlər Nazirliyi Syromolotovdan sitat gətirib.Rusiya Federasiyası xarici işlər nazirinin müavini qeyd edib ki, KTMT və ŞƏT “şimal marşrutu” boyunca Əfqanıstan narkotik ekspansiyasının yayılmasına etibarlı maneə yaradır."Biz narkotiklərlə mübarizə aparan kadrların hazırlanması üçün BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi ilə zamanın sınağından çıxmış tərəfdaşlığı yüksək qiymətləndiririk", - o əlavə edib.Taliban* - terrorçuluq fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadırDigər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220327/taliban-kisiler-ve-qadinlar-ucun-eylence-parklarina-ayri-giris-imkani-yaratdi-440493878.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/03/440750650_0:1006:2047:2541_1920x0_80_0_0_893f17575680da36ae3af0ff31cee8bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
əfqanıstan, tiryək, xaş-xaş
əfqanıstan, tiryək, xaş-xaş
Taliblər ölkədə xaş-xaş yetişdirməyi qadağan ediblər
11:21 03.04.2022 (Yenilənib: 11:24 03.04.2022) Qanunu pozanların əkinləri məhv ediləcək və onlar özləri də “şəriət qanunlarına uyğun olaraq” tədbirlər görüləcək”.
BAKI, 3 aprel - Sputnik. Taliban* hərəkatı Əfqanıstan vətəndaşlarına xaş-xaş yetişdirməyi qadağan edib, qanunu pozanlar “şəriət qanunlarına uyğun” tədbirlərlə üzləşəcəklər.
“Əfqanıstan İslam Əmirliyinin ali rəhbərinin fərmanı ilə (“Taliban”ın istifadə etdiyi ölkənin adı – red.) bütün əfqanların nəzərinə çatdırırıq ki, bundan sonra bütün ölkə ərazisində xaşxaş əkilməsi qəti qadağandır”, - hərəkatın nümayəndəsi Bilal Kərimi açıqlama verib.
Bundan əlavə, spirtli içkilərin, eləcə də bütün növ narkotik vasitələrin istehlakı, daşınması, ticarəti, ixracı və idxalı qadağandır.
“Bu fərmanın icrası məcburidir. Qanunu pozanlar ədliyyə orqanları tərəfindən məsuliyyətə cəlb olunacaq və cəzalandırılacaqlar”, - deyə məlumatda bildirilir.
Əfqanıstanın xaşxaş biznesi
Hazırda Əfqanıstanda narkomanların sayı 3,5 milyon nəfər və ya 39 milyon Əfqanıstan əhalisinin təxminən 9%-ni təşkil edir. BMT-nin məlumatına görə, 2020-ci ildə Əfqanıstanda qeyri-qanuni tiryək əkilməsi üçün istifadə olunan torpaq sahəsi əvvəlki illə müqayisədə 37% artıb. Bu, ölkədə qeydə alınan üçüncü ən yüksək göstəricidir. 2020-ci ilin sonunda dünya tiryək istehsalının 85%-i bu dövlətin payına düşüb.
"Şimal marşrutu" boyunca Əfqanıstan narkotiklərinin yayılmasına qarşı sədd
Rusiya xarici işlər nazirinin müavini Oleq Syromolotov BMT-nin Narkotiklərlə Mübarizə Komissiyasının 65-ci sessiyasında bildirib ki, Moskva Əfqanıstanın maliyyə resurslarının bloklanması nəticəsində tiryək əkininin Əfqanıstan əhalisi üçün demək olar ki, yeganə gəlir mənbəyi olaraq qalmasından narahatlığını bildirib.
"Bizim ciddi narahatlığımız Əfqanıstandakı vəziyyətdir. Əfqanıstanın milli maliyyə resurslarının blokadaya salınması nəticəsində tiryək xaşxaşının becərilməsi və satışı əhalinin demək olar ki, yeganə gəlir mənbəyi olaraq qalır", - Rusiya Xarici İşlər Nazirliyi Syromolotovdan sitat gətirib.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini qeyd edib ki, KTMT və ŞƏT “şimal marşrutu” boyunca Əfqanıstan narkotik ekspansiyasının yayılmasına etibarlı maneə yaradır.
"Biz narkotiklərlə mübarizə aparan kadrların hazırlanması üçün BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi ilə zamanın sınağından çıxmış tərəfdaşlığı yüksək qiymətləndiririk", - o əlavə edib.
Taliban* - terrorçuluq fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.