Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Külək Gəncədə ağacları aşırdı, dam örtüklərini yerə atdı

© Sputnik / Rahim MammadovGüclü küləyin fəsadları
Güclü küləyin fəsadları - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Abunə olmaq
Dünəndən etibarən respublikanın qərb bölgəsində tüğyan edən külək bir neçə iri yaşayış məntəqəsində fəsadlar törədib.
BAKI, 13 aprel — Sputnik. Qərb bölgəsində ötən gün əsən güclü külək fəsadlar törədib.
© Sputnik / Rahim MammadovGüclü küləyin fəsadları
Güclü küləyin fəsadları - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Güclü küləyin fəsadları
Külək ölkənin ikinci böyük şəhəri olan Gəncədə bir neçə ünvanda iri ağacları aşırıb. Yaşayış evlərinin dam örtükləri küləyə tab gətirməyib. Şəhərin Gülüstan qəsəbəsində yerləşən 33 saylı yaşayış binasının dam örtüyünün bir hissəsi aşıb, Şahsevərlər küçəsində yerləşən həyət evinin damı isə yararsız hala düşüb.
Həmçinin, Nizami Gəncəvi prospektində yerləşən binanın fasad hissəsi uçub. Təbiət hadisəsi zamanı Heydər Əliyev, Xətai prospektlərində, Abbaszadə, Azərbaycan Bayrağı, Əttarlar və Cavad xan küçələrində, Füzuli və Nərimanov parklarında iri gövdəli ağaclar aşıb.
© Sputnik / Rahim MammadovGüclü küləyin fəsadları
Güclü küləyin fəsadları - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Güclü küləyin fəsadları
Gecə saatlarında daha da güclənən külək elektrik təchizatında nasazlığa səbəb olub. Təbiət hadisəsi zamanı dəymiş ziyan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən aradan qaldırılır.
Bölgədə hazırda küləksiz, günəşli hava müşahidə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Goranboyda külək ağacları yıxıb, evlərin damını uçurub, yol hərəkətini iflic edib - Sputnik Azərbaycan, 1920, 13.04.2022
VİDEO
Goranboyda külək ağacları yıxıb, evlərin damını uçurub, yol hərəkətini iflic edib
Xəbər lenti
0